Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (16-03-2015, 16:14)
Şumaxerin oğlu yarışda qəzaya düşdü

Mixael Şumaxerin 15 yaşlı oğlu Mik Almaniyada “Formula-4” yarışları çərçivəsində keçirilən test gedişində qəzaya uğrayıb

 

Mediatv.AZ xarici mətbuata istinadən xəbər verir ki, 15 yaşlı Mik Şumaxerin avtomobili saatda 160 kilometr sürətlə hərəkət edərkən idarəetməni itirərək trasdan kənara çıxıb. Qəza zamanı gənc pilotun xəsarət almadığı bildirilir.
Min Cunior və ya kiçik-Mik ləqəbləri ilə tanınan oğul Şumaxer “Formula-4” yarışlarında dekabrın axırlarında debüt edib. O özünün ilk test gedişi seriyalarını Valensiyadakı trasda keçirib. Mart ayının əvvəllərində isə 15 yaşlı sürücü Niderlandın “Van Amersfort” komandası ilə müqavilə imzalayıb.
Eyni zamanda, onun atası - “Formula-1” yarışlarının yeddiqat çempionu Mixael Şumaxer bir il bundan əvvəl Alp dağlarında xizəklə sürüşərkən keçirdiyi qəza nəticəsində aldığı ağır kəllə-beyin travmasından sonra bərpa prosesini davam etdirir. KİV-lərin məlumatına əsasən, həkimlərin xərci və lazımi tibbi avadanlıqların icarəsi tanınmış idmançının ailəsinə həftədə 100 min funt sterlinqə başa gəlir. 
шаблоны для dle 11.2

Xəbər lenti
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025