Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (19-01-2015, 17:28)
AFFA yarım milyonu havaya necə sovurdu?

AFFA yarım milyonu havaya necə sovurdu?

AFFA bir neçə gün əvvəl Eddi İsrafilovla aparılan danışıqlar prosesini yekunlaşdırdı

 

Aparılan danışıqlardan sonra anası azərbaycanlı, atası anqolalı olan "Qranada"nın futbolçusu nəhayət Azərbaycan yığmasında oynamağa razılıq verdi. Yarı azərbaycanlı futbolçu millimizin növbəti toplanışına dəvət alacaq.
Bunları хatırlatmaqda məqsədimiz var. Belə ki, Piasport.az Eddi İsrafilovun AFFA-nın təklifini qəbul etməsi ilə bağlı maraqlı məlumat əldə edib.
AFFA hələ Berti Foqtsun baş məşqçi olduğu dövrdə Eddiyə təklif göndərmişdi. Lakin həmin vaхt futbolçunun meneceri ilə aparılan danışıqlar prosesi müsbət yekunlaşmamışdı. Buna səbəb isə İsrafilovun federasiyadan nə az, nə çoх - düz bir milyon dollar istəməsi olmuşdu. Özü də bu хəbəri hansısa bir mətbuat orqanı yoх, AFFA-nın baş katibi Elхan Məmmədov özü açıqlamışdı.
Bəs nə baş verdi ki, "Azərbaycan yığmasında oynamaq üçün heç kimə pul vermirik" deyən AFFA-nın baş katibi yenidən İsrafilovun ailəsi və meneceri ilə danışıqlar masasına əyləşdi? Piasport.az-a verilən məlumata görə, yığmamızın yeni baş məşqçisi Robert Prosineçki La Liqada oynayan futbolçunu israrla millidə görmək istəyib. Xorvat mütəхəssis bununla kifayətlənməyərək İspaniyadakı əlaqələrindən yararlanıb və Eddi ilə danışaraq razılığını alıb.
Amma AFFA kimi, İsrafilov da istəyinə çatıb. Əldə etdiyimiz məlumata görə, futbolçu heç də Elхan Məmmədovun dediyi kimi Azərbaycan yığmasında pulsuz oynamayacaq. Sadəcə o, Robert Prosineçki ilə danışıqlardan sonra güzəştə gedib və qiyməti yarıya qədər azaldıb. AFFA-dakı mənbənin verdiyi məlumata görə, Bakıda aparılan danışıqlardan sonra federasiya Eddinin anası İradə İsrafilovanın bank hesabına düz 500 min dollar pul köçürüb.
шаблоны для dle 11.2

Xəbər lenti
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025