İdman (2-06-2014, 12:52)
Biletlər qohum-əqrəbaya paylandı, Cavadov küsdü
San-Fransiskoda keçirilən ABŞ-Azərbaycan qarşılaşmasının ətrafında yaşanan söz-söhbət səngimək bilmir.
Xəbərə görə, azarkeşlərə vəd olunan biletlərin verilməməsinin ardınca daha bir qalmaqal veteran futbolçu İsgəndər Cavadovla yaşanıb.
Belə ki, ABŞ-a yollanacaq heyətdə AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadovun da adı olub. Onun üçün bilet və San-Fransiskoda oteldə yer də sifariş olunub.
İsgəndər Cavadov ABŞ-a gedən təyyarəyə də minib. Ancaq sonradan təyyarəni tərk edərək ABŞ-a getməkdən imtina edib. Sportinfo.az saytının verdiyi məlumata görə, təyyarədəki biznes-klassda AFFA-nın baş katibi Elxan Məmmədovun qohumları, dost-tanışları oturduğundan veteran futbolçuya ekonom-klassda yer təklif olunub. Özünə qarşı belə münasibətdən inciyən Cavadov təyyarəni tərk edərək ABŞ-a getməkdən imtina edib.
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu “Futbol+” qəzetinə verdiyi açıqlamada Cavadovun hava limanından döndüyünü təsdiqləyib. Ancaq AFFA sözçüsü hadisənin təfərrüatları barədə məlumatsız olduğunu bildirib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 05 2025
24 05 2025
24 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
22 05 2025
22 05 2025
22 05 2025
22 05 2025