Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (6-01-2015, 20:34)
Azərbaycanlı aktyor həbs edildi- Borca görə

Səbail rayon 9-cu Polis Bölməsinin əməkdaşları apardıqları axtarış tədbirləri nəticəsində, "Azəri Star"ın keçmiş rəhbəri və "Kabusun kölgəsində" serialının aktyoru 1965-ci il təvəllüdlü Əlibəy Əlisafa oğlu Dadaşovu həbs ediblər. Aktyora dair məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilib.Dadaşov böyük məbləğdə pulun mənimsənilməsində və dələduzluqda ittiham edilir. 

 

“Mediatv.az məlumat verir ki, bu barədə vesti.az-a Səbail rayon Polis İdarəsində bildiriblər.

Cinayət işinə müvafiq olaraq bildirilir ki, Dadaşov müxtəlif banklara və fiziki şəxslərə böyük məbləğdə pul borcludur. Banklar arasında hal-hazırda fəaliyyət göstərməyən Royal Bank da var.

Royal Bank keçən ilin fevral ayında Əlibəy Dadaşova qarşı Yasamal rayon məhkəməsində iddia irəli sürüb. Xəbər verildiyi kimi aktyordan paytaxtın müxtəlif rayonlarında borclu olmasına dair şikayətlər daxil olub.

Bəzi məlumatlara əsasən Dadaşov çox zəngin imiş və şou-biznesə yenicə qədəm qoyan ulduzların "promouşeni" ilə məşğul olurmuş. Sonra isə müflis olub. Müflis olmasının səbəbləri bəlli deyil.

Dadaşovun qardaşının evində saxlanıldığı məlumdur.

Qeyd edək ki, "Kabusun kölgəsində" serialında Dadaşov əsas rollardan birini - "Ruslan" obrazını canlandırırdı

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024