Hadisə (19-11-2014, 18:45)
Maşın 4 sərxoş piyadanı vurub: 3 ölü - Video
Yol qəza hadisələrinin böyük hissəsini piyadavurmalar təşkil edir. Amma bu o demək deyil ki, bu faktların hər birində günah sürücülərdə olub
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev avtosfer.az-a bildirib ki, piyadaların səbəb olduğu yol qəzaları da qeydə alınıb. Hesabat dövründə piyadalar tərəfindən 71 yol qəzası törədilib, nəticədə 27 nəfər ölüb, 46 nəfər yaralanıb. Həmin piyadalardan 4 nəfəri sərxoş vəziyyətdə olub ki, onların da 3-ü ölüb, 1 nəfər yaralanıb.
Bu ilin 10 ayı ərzində isə qeydə alınmış 2212 yol nəqliyyat hadisəsində 951 nəfər ölüb, 2227 nəfər isə yaralanıb. Ümumi yol qəzaları arasında piyadvurma hadisələri üstünlük təşkil edib - 37,3 faiz. 826 piyadavurma faktı 313 nəfərin ölümü, 581 nəfərin isə yaralanması ilə nəticələnib.
Saytın təqdim etdiyi bu video köhnə material deyil. Noyabrın 11-də Bakının mərkəzi küçələrinin birində çəkilib. Günün- günortaçağı o qədər spirtli içki qəbul ediblər ki, ayaq üstə güclə dayanırlar. Biri o birinə nisbətən normaldır. Amma digəri ayaqüstə dura bilmir. Arağı birlikdə içsələr də, dostu onu yolda qoyub qaçır. Bir az ayıq vəziyyətdə olan kişi yolu keçərkən dostuna kömək etmir. Nəticədə sərxoş kişi müvazinətini itirərək yerə yıxılır. Ətrafdan keçib gedənlər ona kömək etmirlər. O isə yolu keçməyə çalışsa da, sonradan çəkinir…
Bu video bir daha təsdiq edir ki, piyadalar niyə maşınların altında can verir. Bu, hələ gündüz vaxtı baş verən prosesdir. Gecələr belə vəziyyətdə küçəyə çıxan sərxoş piyadanın sağ qalmaq ehtimalı sıfıra bərabərdir…
… Maşınla adam vuran sürücülərin əksəriyyəti illərlə qəzanın şokundan çıxa bilmir, əziyyət çəkir, psixoloji problemlər yaşanır, cəmiyyətdə ona bəzən «qatil» kimi baxırlar. Bəzən sürücü dəli olmaq səviyyəsinə çatır. Özünü bağışlaya bilmir. Hələ istintaq araşdırmaları dövründəki psixoloji gərginlik, hüquq-mühafizə orqanlarında sürünməyi bir kənara qoyuruq. Bütün hallarda isə bunların hamısı əsas amillərdir. Hansısa məsuliyyətsiz insana görə kimsə bədbəxt olmamalıdır. Adamı zorla qatil etmək olmaz. Bu videoda gördüyünüz sərxoş insanların dünya vecinə deyil.
İnanırıq ki, içki içib bu hala düşənlər bu yazını ayıq vaxtı oxuyub hansısa nəticə çıxaracaqlar. Çünki içib özünü maşının altına atanlara görə normal insanların bədbəxt olması əsl faciədir...
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024