Hadisə / Karusel (17-03-2014, 10:24)
Sərxoş sürücülərin ötüşməsi və daha bir qəzaya səbəb oldu
Bu gün səhər saat 5.00 radələrində Bakının Nizami rayonu ərazisində, Heydər Əliyev prospektində xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib
APA TV-nin məlumatına görə, BYD markalı minik avtomobili idarəetməni itirərək işıq dirəyinə çırpılıb. Qəza zamanı avtomobildə dörd nəfər olub. Yüngül xəsarətlər alan sərnişinlər qəzaya uğrayan avtomobildən çıxa bilsələr də, sürücü sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Xilasedicilər sürücünü avtomobildə xüsusi alət və avadanlıqların köməkliyi ilə çıxarıblar.
Xəsarət alan sürücü 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb.
İlkin məlumata görə, avtomobildəkilərin hamısı sərxoş olublar. İki avtomobil Heydər Əliyev prospektinin şəhər mərkəzi istiqamətində gedən hissəsində yarışırmış. Maşınlardan biri qəzaya uğrayıb, digəri isə hadisə yerindən uzaqlaşıb. Dövlət Yol Polisinin əməkdaşları təhlükəsizlik kameralarının görüntüləri əsasında digər avtomobili axtarmağa başlayıblar.
Nizami Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024