Hadisə (4-01-2019, 13:30)
Qubada ərlə arvadın intiharının təfərrüatı məlum oldu

Mediatv.az xəbər verir ki, məsələnin təfərrüatı ilə bağlı Open.az-a danışan kənd sakinləri bildirib ki, ailə ziyalı ailədir.
Sakinlərin sözlərinə görə, Səməd Bədirxanov içki aludəçisi olub:
“İçki içməyinə baxmayaraq, çox yaxşı insan idi. Qardaşı uzun illər bələdiyyə sədri olub. Hörmətli ailədirlər. Lakin Səməd müəllim içəndən sonra şizofren vəziyyətində etdiklərinə nəzarət edə bilmirdi.
Bəzən içib başqa yerlərdə yatıb qalırdı, gedib evinə gətirirdilər. Həmin vəziyyətdə ağzının danışığını da bilmirdi. Amma kiməsə söz atsın, ailəsinə və ya başqalarına qarşı şiddət göstərsin, belə şeyləri yox idi. Elə hadisə baş verən günü də içkili olub. Evdəkilər onu intihar edəndən sonra görüblər.
Niyə edib, hansı vəziyyətdə edib məlum deyil. Həyat yoldaşı da ondan beş gün sonra intihar edib. Səbəblərini prokurorluq araşdırır. Meyiti ekspertiza ediblər. Xəbərlərdə ailənin problemlərinin olduğunu deyiblər. Əslində, ailənin heç bir sosial problemi olmayıb. Dolanışıqları yaxşı olub”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
17 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025