Hadisə / Region (7-08-2018, 19:00)
Tovuzda iki nəfər minaya düşüb
Tovuz rayonunda minaya düşənlərdən birinin ayağı amputasiya olunub.
Mediatv.az Oxu.Az-a istinadən xəbər verir ki bunu Tovuz Rayon Xəstəxanasının baş həkimi Paşa Muradov bildirilib.
Baş həkimin sözlərinə görə, baş verən hadisədən sonra xəstəxanaya çatdırılan 14 yaşlı mülki şəxs Hüseynov Elgün Fərid oğlunun sol ayağı amputasiya edilib:
“Hazırda xəstə reanimasiya şöbəsindədir və vəziyyəti ağırdır. Ağır xəsarət alan digər şəxs, 24 yaşlı Mehdiyev Elşad Vidadi oğlu isə aşağı ətrafın çoxsaylı qəlpə yaraları ilə xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti sabitdir. Müalicələri davam etdirilir”.
Qeyd edək ki, bu gün Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Tovuz rayonunun Əlibəyli kəndi ərazisində iki nəfər mülki şəxs minaya düşüb.