Hadisə (5-07-2018, 12:30)
Qəbələdə avtomobil ata-balanı vurdu, uşaq öldü
Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Mediatv.az APA-ya istinadla xəbər verir ki, hadisə ötən gecə Qəbələ-Ağdaş yolunun Hacallı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Ağdaş sakini, hazırda Bakıda yaşayan 1982-ci il təvəllüdlü Mustafayev Viyanur Ətraf oğlu idarə etdiyi 10-SZ-127 dövlət nömrə nişanlı, “Opel Astra” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyadaları - Hacallı kənd sakini, 1991-ci il təvəllüdlü Haqverdiyev Rəvan Rövşən oğlunu və onun altı yaşlı oğlu Rövşən Haqverdiyevi vurub.
Hadisə zamanı 2012-ci il təvəllüdlü Rövşən Haqverdiyev aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib, atası isə xəsarət alaraq Qəbələ rayon Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.
Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.