Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə / Slayd (1-04-2017, 15:14)
Ordu generalı hərbi çevriliş cəhdindən əvvəl Azərbaycanda kimlərlə danışıb?

Türkiyədə ötən il iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdinin “1 nömrəli”si hesab edilən ordu generalı, Yüksək Hərbi Şuranın üzvü olmuş Akın Öztürkün həmin ərəfədə apardığı telefon danışıqları açıqlanıb.

Mediatv.az:  Virtualaz.org xəbər verir ki, bu telefon danışıqlarına dair dəlillər Ankara Cümhuriyyət Prokurorluğunun general Öztürk barədə hazırladığı ittiham aktına daxil edilib. Belə məlum olur ki, hərbi çevriliş cəhdinin başında dayanan “1 nömrəli fiqur” hesab edilən general Öztürk həmin ərəfəsində Azərbaycandakı şəxslərlə də telefon danışıqları, yazışmalar aparıb. Bu haqda “Hürriyet”in məqaləsində deyilir.

Türkiyə rəhbərliyi həmin hərbi çevriliş cəhdinin fətullahçı terror təşkilatı FETÖ tərəfindən planlaşdırıldığını və həyata keçirildiyini bildirir. Bu çevriliş cəhdinə görə minlərlə hərbçi, o cümlədən onlarla general həbs olunub. Onların bir qisminin işi üzrə məhkəmə başlayıb, yaxud istintaq tamamlanıb.

General Akın Öztürkün kürəkəni, polkovnik Hakan Karakuş qiyamçıların əsas bazası olan Akıncı Hava Bazasının komandanı olub. F-16 təyyarələri həmin bazadan qalxaraq çevrilişə qarşı çıxanları və hökumət binalarını bombalamışdı. İstintaq müəyyən edib ki, general Öztürk iyulun 13-dən 16-na, yəni həbs olunana qədər Karakuşla və Akıncı bazasının digər zabitləri ilə dəfələrə telefonla danışıb. Habelə məlum olub ki, hərbi qiyam ərəfəsində Öztürk Böyük Britaniya, İrlandiya, İtaliya, Cənubi Koreya, Belçika və Azərbaycanda istifadə olunan mobil telefon nömrələri ilə dəfələrlə zəngləşib, yazışmalar aparıb.

Xatırladaq ki, Türkiyədə ötən il iyulun 15-də baş vermiş uğursuz hərbi çevriliş cəhdinin əsas fiqurantlarından biri hesab olunan AKP başqan yardımçısı Şaban Dişlinin qardaşı, silahlı qüvvələrin Baş qərargahının Strateji Planlaşdırma idarəsinin rəisi olmuş general Mehmet Dişlinin oğlu həmin dövrdə Bakıdakı türk səfirliyində işləyib. Lakin generalın oğlu daha sonra naməlum istiqamətə qaçıb.

İstintaq materiallarında deyildiyinə görə, hərbi çevrilişin uğurla nəticələnəcəyi halda hakimiyyəti ələ keçirəcək Yurtda Sülh Şurasının üzvü olan general Mehmet Dişlinin Türkiyənin Bakıdakı səfirliyində ikinci katib işləyən oğlu Mehmet Beyazit Dişli əvvəlcə “FETÖ mənsubu” kimi vəzifəsindən azad olunub. Ardınca Türkiyə XİN onu geri çağırıb. Lakin diplomat bu tələbə əməl etməyib və Bakını tərk edərək üçüncü ölkəyə qaçıb. Türkiyəyə geri dönməkdən imtina edən Dişli ötən ilin sentyabrında diplomatik xidmətdən xaric olunub.

шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024