Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində yerləşən Daşağıl gölündə suyun səviyyəsinin qalxması nəticəsində yaxınlıqdakı fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basıb.
Mediatv.az: Bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.
FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunaraq ərazidə suçəkmə işləri aparıblar. Əməliyyat saat 19:07-də başa çatıb.