Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (4-02-2017, 09:33)
ABŞ məhkəməsi Trampın fərmanının icrasını dayandırdı

court-usa-120213

ABŞ-ın Siettl federal məhkəməsi prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə salıb.

Mediatv.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi xəbərə görə, qərar Vaşinqton və Minnesota ştatları tərəfindən qaldırılan iddia əsasında hakim Ceyms Robart tərəfindən qəbul olunub.

Bütün ölkə ərazisində qüvvədə olan məhkəmə qərarı ABŞ hökumətinə yeni fərmanın şamil olunduğu şəxslərin deportasiyasını qadağan edir.

ABŞ Ədliyyə Nazirliyi qərardan protest verəcəyini açıqlayıb.

Bundan əvvəl Nyu York federal hakimi də bənzər qərar qəbul etmişdi.

Qeyd edək ki, D. Tramp ötən həftə İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
16 01 2026
16 01 2026
16 01 2026