Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (31-01-2017, 19:15)
Satış məqsədilə Bakıya gətirilən 430 kloqram yararsız ət müsadirə edildi

Ağcabədi rayonunun Xocavənd kəndindən satış məqsədilə Bakıya gətirilən mənşəyi məlum olmayan heyvan cəmdəkləri saxlanılıb.

Mediatv.az-a bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli məlumat verib.

Onun sözlərinə görə, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları ilə birlikdə Qaradağ rayonu ərazisində yerləşən Dövlət Yol Polisi postunda reyd keçiriblər. “Xocavənd kənd sakinin Niyazov Sultan Niyaz oğluna məxsus “Mersedes” markalı 04-BL-161 dövlət nömrə nişanlı minik avtomobili saxlanılıb. Avtomobilə baxış keçirilərkən onun arxa oturacağında və yük yerində mənşəyinə və sağlamlığına dair heç bir müşayiətedici sənədi olmayan, orqanoleptik göstəriciləri qida üçün yararlığı şübhə doğuran, baytarlıq-sanitariya tələblərinə əməl edilmədən, üst-üstə tökülmüş, antisanitar vəziyyətdə daşınan, üfunətli iyi verən, çəkisi 430 kq olan hissələrə bölünmüş 4 heyvan cəmdəyi aşkar olunub. Aşkar olunan heyvan cəmdəklərinin mənşəyinə və sağlamlığına dair heç bir müşayiətedici sənədi olmadığından və qida üçün yararlığı şübhə doğurduğundan onlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına təqdim edilib.

Reyd zamanı aşkar edilən heyvan cəmdəklərindən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada qərarlar qəbul ediləcəkdir”, - Y.Xanvəli deyib.

шаблоны для dle 11.2

Xəbər lenti
27 07 2025
27 07 2025
27 07 2025
27 07 2025
27 07 2025
27 07 2025
27 07 2025
27 07 2025
27 07 2025
27 07 2025
26 07 2025
26 07 2025
26 07 2025
26 07 2025
26 07 2025
26 07 2025
26 07 2025
26 07 2025
26 07 2025
26 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025