Hadisə (14-05-2014, 20:28)
Azərbaycanda daha bir ana doğuş zamanı ölüb
Azərbaycanda daha bir ana doğuş zamanı ölüb. Hadisə Sabirabad rayonunda baş verib.
Gənc qadın bu gecə saatlarında doğuş sancısı ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlər onun üzərində qeysəriyyə əməliyyatı aparmağa qərar veriblər. Lakin doğuşa girən ana əməliyyat zamanı qanaxmadan keçinib.
Hadisə ilə bağlı araşdırma aparılır. Ölən qadının yaxınları ilə xəstəxanada həkimlər arasında qarşıdurma yarandığı bildirilir.
Doğuş zamanı ölən ananın şəxsiyyəti bəlli olub. Sabirabad rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, əməliyyat 1987-ci ildə anadan olan Rzayeva Alidə Ağalar qızı üzərində aparılıb. Əməliyyat zamanı qadın qız uşağı dünyaya gətirib. Bu onun ikinci hamiləliyi olub. Belə ki,A.Rzayeva 2011-ci ildə ilk körpəsini də qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib.
Ananın ölümünün səbəbləri aparılan tibbi ekspertizanın nəticələrindən sonra bəlli olacaq.