Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (28-12-2016, 12:51)
Biləsuvar iğtişaşlarına görə 10 nəfər saxlanıldı

Biləsuvarda məskunlaşan Cəbrayıl köçkünlərin elektrik enerjisinin verilməməsinə görə dekabrın 22-də keçirdikləri etiraz aksiyasında təqribən 10-a qədər şəxs saxlanılıb.

Mediatv.az xəbər verir ki, bunu “Azadlıq” radiosuna həmin şəxslərdən bəzilərinin vəkili olan Elçin Sadıqov bildirib. E.Sadıqov deyir ki, o, hazırda Kürdəxanı təcridxanasında olan Cəlal Quliyev və Zaur Feyruzlunun vəkilidir: “İndiyə kimi görüşə bilməmişik, yaxın günlərdə görüşməyə çalışacağam. Amma hər iki şəxsin saxlanması ilə bağlı dekabrın 27-də şikayət vermişəm və Şirvan Apellyasiya Məhkəməsində baxılması gözlənilir. Amma, hələ ki, vaxt müəyyən olunmayıb”.

E.Sadıqov bildirir ki, vəkili olduğu hər iki şəxsə Cinayət Məcəlləsinin 186.2.2 (özgə əmlakı məhvetmə, partlatma və yandırma ), 233 (ictimai qaydanı pozma) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli zor tətbiqi ) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki,  dekabrın 22-də Biləsuvarda məskunlaşan məcburi köçkünlər etiraz aksiyaları keçiriblər. Cəbrayıl rayonundan olan köçkünlər qəsəbələrə verilən elektrik enerjisinin tez-tez kəsilməsindən narazılıqlarını dilə gətiriblər. Əraziyə polis qüvvələri cəlb olunub. Vətəndaşlarla polis arasında qarşıdurma baş verib. Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında aksiya zamanı 3 nəfərin saxlandığı bildirilirdi.

Məlumatda qeyd edilirdi ki, Gülağa Əliməmmədov, Cəlal Quliyev və İlkin İsgəndərov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Onlar CM-in 186.2.2 (özgə əmlakı məhvetmə, partlatma və yandırma ), 233 (ictimai qaydanı pozma) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli zor tətbiqi) maddələri ilə ittiham edilirlər.

Rəsmi məlumatda o da qeyd edilirdi ki, 9 polis əməkdaşına daş və ağac parçaları ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, 1 xidməti avtomobilin şüşələri sınıb.

Cəbrayıl rayonunu təmsil edən deputat Astan Şahverdyev həmin hadisələri şərh edərkən “Azadlıq” radiosuna danışıb ki, bir qrup “tör-töküntü” polisə hücum edib, iğtişaş törədib, asayiş keşikçilərini daşa basıb. Deputat habelə Azərbaycandan Rusiyaya iş dalınca gedənlərin “otxod” olduğunu deyib. Şahverdiyevin bu sözləri böyük qalmaqala səbəb olub.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 04 2024
27 04 2024
27 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024