Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (19-05-2016, 17:34)
Tale Bağırovun müavini həbsdə qaldı

Nəsimi Rayon Məhkəməsində “Müsəlman Birliyi Hərəkatı” təşkilatının sədr müavini Elçin Qasımovun ev dustaqlığına buraxılması ilə bağlı verilmiş vəsatətə baxılıb.

Mediatv.az xəbər verir ki, bu barədə virtualaz.org saytına E.Qasımovun vəkili Elnur Nəbiyev məlumat verib. Hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilməyib.

Məhkəmənin qərarından apellyasiya şikayəti verilib.

Qeyd edək ki, “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırovdur. O, ötən il noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tərəfdarları ilə birlikdə saxlanılıb. E.Qasımov isə noyabrın 5-də tutulub.

E.Qasımov İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsini pozmaqda günahlandırılıb və 30 gün müddətinə inzibati həbs cəzası alıb. Daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə E.Qasımov barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib.

E.Qasımov barəsində Cinayət Məcəlləsinin 221.2.2 (Xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) və 315.1 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə) maddələri ilə cinayət işi başlanıb.

Xatıraldaq ki, aprelin 23-də Nəsimi Rayon Məhkəməsində E.Qasımov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti üç ay artırılıb. Həmin qərardan apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsi E.Qasımovun apellyasiya şikayəti təmin edilməyib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024