Hadisə (22-12-2016, 09:21)
Rusiya qətlə yetirilən səfirlə vidalaşır
Bu gün Ankarada qətlə yetirilən səfir Andrey Karlovla vida mərasimi keçiriləcək.
Mediatv.az bu barədə TASS-a istinadən xəbər verir.
Rusiya prezidenti Vladimir Putinin vida mərasiminə qatılacağı gözlənilir.
Qeyd edək ki, dekabrın 19-da Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 22 yaşlı Mövlud Mərd Altınbaş tərəfindən silahlı sui-qəsd nəticəsində öldürülüb.
Rəsmi Ankara və Moskva bu hadisəni kəskin şəkildə qınayaraq, sui-qəsdin iki ölkə münasibətlərinə zərər vurmağa yönəldiyini bildiriblər.
Səfirin cənazəsi dekabrın 20-də Vnukovo hava limanına gətirilib. Həmin təyyarə ilə Moskvaya mərhum səfirin anası və həyat yoldaşı da gəlib. Hava limanında qarşılanma mərasimində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu iştirak ediblər.
