Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı başlanmış cinayət işi ilə əlaqədar son 1 ildə 500 nəfərdən artıq əməkdaş Dövlət Təhlükəsizliyi Xidmətində xidmətdən xaric olunub.
Mediatv.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev deyib.
Onun sözlərinə görə, cinayət işi ilə bağlı 20-dən artıq şəxs saxlanılıb: "Bu da təbii prosesdir. Bu, xidmətdə təmizləmə prosesləridir".