Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (11-11-2016, 11:30)
BP: Xəzər dənizində itkin düşən neftçinin meyiti sudan çıxarıldı

Noyabrın 8-də Xəzər dənizində itkin düşən neftçinin meyiti Dərinsulu Günəşli platforması yaxınlığında sudan çıxarılıb.

Mediatv.az xəbər verir ki, bu barədə virtualaz.org-a Azəri-Çıraq-Günəşli yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP-dən məlumat verilib.

"Azəri-Çıraq-Günəşli yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP dərin təəssüf hissi ilə bildirir ki, Dərinsulu Günəşli platformasının yaxınlığında dəniz dibindən meyit çıxarılıb. Meyit sahilə gətirilib və müvafiq hüquq mühafizə orqanlarına təhvil verilib", - deyə məlumatda vurğulanıb.

*   *   *10:42

Noyabrın 8-də Xəzər dənizində itkin düşən neftçinin kimliyi məlum olub. APA hüquq müdafiəçisi Mirvari Qəhrəmanlıya istinadən xəbər verir ki, itkin düşən şəxsin adı Qalib Hacıyevdir.

M. Qəhrəmanlının "Facebook" sosial şəbəkəsindəki paylaşımına cavab olaraq istifadəçilərdən biri qeyd edib ki, Q. Hacıyev "KCA-Deutag" şirkətinin əməkdaşıdır.

Qeyd edək ki, noyabrın 8-də Xəzər dənizində Dərinsulu Günəşli (DSG) platformasındakı qazma podratçısının bir işçisi itkin düşüb. Azəri-Çıraq-Günəşli yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP-dən sayta verilən məlumata görə, hadisənin təfərrüatları araşdırılır: "BP qəzalara qarşı cavab tədbirləri qrupunu səfərbər edib və itkin düşmüş şəxsin tapılması üçün zəruri tədbirlər görür. Xəzər dənizində axtarış və xilasetmə resursları səfərbər edilib. Həmin şəxsin ən yaxın ailə üzvləri və müvafiq hökumət orqanları bu barədə məlumatlandırılıb. BP hadisə ilə bağlı cavab tədbirləri görmək üçün hökumət orqanları ilə sıx işləyir". Maraqlıdır ki, BP-nin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı nə itkin düşən işçinin, nə də podratçının adını açıqlamayıb.

шаблоны для dle 11.2

Xəbər lenti
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024