Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (10-11-2016, 17:52)
Şantajçılar Araz Ağalarovdan 2 milyon dollar tələb etdi

Azərbaycanlı iş adamı Araz Ağalarov “Krokus Ekspo” mərkəzində partlayış təhlükəsindən sonra xüsusi xidmət orqanlarına və müstəntiqlərə onun ünvanına təhdidlər barədə zənglərin daxil olduğunu, şantaj edildiyini deyib.

Mediatv.az xəbər verir ki, Müsavat.com-un məlumatına görə, Araz Ağalarov bildirib ki, bomba aşkarlananadək sərgi mərkəzində ona hansısa 2 milyon dollar borcun qaytarılması tələbi ilə mütəmadi zənglər olub.

İstintaqın aydınlaşdırdığına görə, şantajçılar əks halda biznesmeni problemlər yaradacaqları ilə hədələyiblər. Başqa sözlə, “Krokus”dakı bomba yalnız A.Ağalarovu qorxutmaq məqsədi güdüb, təşkilatçıların planına görə, partlayış olardısa belə, o zaman heç kim zərər çəkməməli idi.

Tapılmış partlayıcı ilə bağlı təhqiqat aparan xüsusi xidmətin müstəntiqlərinə açıqlamasında iş adamı həmçinin çoxdan hədələndiyini bildirib. Bu barədə istintaq orqanındakı etibarlı mənbə deyib. Məhz onun bu ifadələri də Rusiya Federasiyası Cinayət Məcəlləsinin 167-ci maddəsi üzrə (“Partlayış yolu ilə başqasının əmlakını məqsədli şəkildə məhv etmə”) cinayət işi açılması üçün əsas olub.

Beləcə, xüsusi xidmət orqanları terror aktı versiyasını tamamilə istisna ediblər. Çünki “KrokusEkspo”nun tualetində qoyulan partlayıcı maddə sadəcə, cinayətkarlığın niyyətinin ciddi olması barədə Araz Ağalarova bir siqnal olub.

Bununla belə, iş adamı baş verənlərin arxasında konkret kimin dayana biləcəyi haqda danışmaqdan imtina edib.

шаблоны для dle 11.2

Xəbər lenti
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024