Dünya (3-02-2014, 12:45)
Ağalarov Abramoviçi qabaqladı
Rusiyanın “Forbes” jurnalı 2014-cü il üzrə daşınmaz əmlak “kral”larının adlarını açıqlayıb.
“Mediatv.az” xəbər verir ki, reytinq cədvəli iş adamlarının ötən il ərzində daşınmaz əmlakdan əldə etdikləri ümumi gəlirləri əsasında hazırlanıb. Biznesmenlər Zarax İliyev və Qod Nisanov hərəsinə 3 milyard sərvətlə ilk pillədə qərarlaşıblar. İcarədən gələn gəlirlərinin məbləği isə 1.280 milyon dollardır. Növbəti pillədə 3,8 milyard sərvətlə erməni əsilli milyonçu Samvel Karapetyan gəlir. Onun icarədən əldə etdiyi gəlir 960 milyon dollardır. Üçüncü yerdə isə daşınmaz əmlakdan əldə etdiyi 800 milyonluq icarə gəliri ilə İnqvar Kamprad gəlir.
Reytinq cədvəlidə 9-cu yerdə azərbaycanlı iş adamı Araz Ağalarov dayanır. 1,8 milyard sərvətə sahib iş adamının icarədən 395 milyon qazanır. Ən böyük obyektləri isə “Krokus Ekspo”, TPK Vegas, və “Krokus Siti”də yerləşən “Tvoy dom”dur.
Bu arada Rusiyanın ən varlı iş adamlarından olan, 10, 2 milyard dollarlıq sərvətin sahibi Roman Abramoviç isə obyektlərindən cəmi 95 milyon icarə gəliri əldə edir və 24-cü pillədə qərarlaşıb. Onun ən iri obyektləri “Belıe sadı” və “Krılatskie Xolmı” biznes mərkəzləridir.