Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (30-10-2016, 21:13)
Şəkidə 7 ovçu saxlanıldı – Ayı ovladıqlarına görə...

ayi

 

Oktyabrın 29-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi ekologiya və təbii sərvətlər şöbəsinə (Balakən-Zaqatala- Qax-Şəki inzibati rayonlarını əhatə edən) Şəki rayonu ərazisində qanunsuz ov edilməsi ilə bağlı siqnal daxil olub.

Mediatv.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin əməkdaşları dərhal reyd keçirib və reyd zamanı Şəki rayonunun Şin dərəsində şübhəli bilinən “Ural” markalı AQS 95-85 dövlət qeydiyyat nişanlı maşınsaxlanılıb.

Avtomobilə baxış zamanı üzərilərində 7 ov tüfəngi olan 7 nəfər şəxs, bir baş ovlanmış ayı cəmdəyi və dərisi, həmçinin iki aylıq bir diri ayı balası aşkar edilib. İlkin araşdırmalar nəticəsində məlum olub ki, qanunsuz ov edən şəxslər Şəki rayonu, Şin kəndinin sakinləridir. Ərazi sərhəd zonası olduğundan hazırda ETSN-nin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları birgə araşdırma və sənədləşmə aparır. Sənədləşmə başa çatdıqdan sonra təqsirli bilinən şəxslər barəsində qanunamüvafiq qaydada tədbir görüləcək.

Avtomobildə aşkar olunan tüfənglər və ayı cəsədi maddi sübut kimi Şəki rayon Polis Şöbəsinə, ayı balası isə Altıağac Milli Parkının nəzdindəki Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil veriləcək.

шаблоны для dle 11.2

Xəbər lenti
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024