Sosial (27-11-2014, 15:56)
“Odnoklassnik”ə görə arvadını boğan sabiq polisə hökm oxundu
Arvadını öldürməkdə ittiham olunan keçmiş polis işçisi, 1978-ci il təvəllüdlü Dilavər Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində başa çatıb
Prosesə hakim Mirzə Xankişiyev sədrlik edib.
Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Dilavər Əhmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisənin ilk günləri qətlə səbəb kimi üç uşaq anası Gövhər Əhmədovanın bir müddət əvvəl sosial şəbəkədə, daha dəqiq desək, “Odnoklassnik”də əvvəllər tanıdığı bir nəfəri tapması, onunla yazışması göstərilib. Həmin şəxs Gövhərin keçmiş sevgilisi olub.
Keçmiş tanışını tapan qadın onunla yenidən münasibət qurub. Bir müddət sonra isə əri məsələdən hali olub. Məhz bundan sonra onların arasında narazılıq yaranıb. Əsəblərini cilovlaya bilməyən ər özündən 11 yaş kiçik olan arvadını boğub.
İttihama görə isə Dilavər Əhmədov 2 may, 2014-cü il tarixdə kirayə yaşadığı Yasamal rayonu, Zərdabi küçəsi, ev 71A, mənzil 176-da həyat yoldaşı, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Gövhər Əhmədova ilə mübahisə edib. G.Əhmədova özünə və uşaqlarına məxsus paltarları yığıb atası evinə getmək istədikdə mübahisə daha da kəskinləşib. Arvadının təkidlə evi tərk etmək istəməsi ailə başçısının əsəblərini tarıma çəkib. O, G.Əhmədovanı kreslonun üstündə otuzduraraq hər iki əli ilə onu boğmağa başlayıb. Baş vermiş mexaniki asfiksiya nəticəsində qadın dünyasını dəyişib.
Qeyd edək ki, Dilavər Əhmədov 2003-cü il noyabr ayında Səbayel Rayon Polis İdarəsində polis vəzifəsinə işə düzəlib. 2004-cü ildə isə köçürmə yolu ilə Binəqədi Rayon Polis İdarəsinə polis nəfəri vəzifəsinə keçirilib. 2011-ci ildə daxili çanaq pozqunluğu ilə təqaüdə çıxıb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025