Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (11-02-2016, 13:39)
Sahibkarların 143 min manatını alıb qaçan qadına hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 47 yaşlı Bakı şəhər sakini Roza Abbasovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Mediatv.az saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Faiq Qəniyev sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Roza Abbasova 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Roza Abbasova “Sədərək” Ticarət Mərkəzində işləyib. R.Abbasova onunla birlikdə ticarət mərkəzində işləyən tanışlarının etibarından sui-istifadə edərək, onlardan 143 min manat pul alaraq, Türkiyədən mal gətirəcəyini vəd edib, sonradan isə verdiyi sözə əməl etməyib.

Törətdiyi cinayət əməlinə görə, R.Abbasovaya qarşı Cinayət Məcəlləsinin 178.3.2( külli miqdarda dələduz) maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə 15 nəfərə yaxın zərərçəkən var.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024