Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (28-01-2016, 10:50)
Elmar Hüseynova qarşı terror işində şok gəlişmə - “MTN çetesi...”

Elmar Hüseynova qarşı terror işində şok gəlişmə - “MTN çetesi...”

11 il öncəki səs-küylü qətlin daha bir pərdəsi açılır; İddialara görə, “Monitor” jurnalının baş redaktorunun qətlində MTN çetesi Rabitə Nazirliyindəki adamlarından istifadə edib; mərhum baş redaktor aradan götürüləndən az sonra özünün və xanımının mobil, həmçinin ev telefonlarının şəbəkədən ayrıldığına dair iddialar ciddiləşir; istintaq yeni istiqamətlər üzrə hərəkətə keçə bilər... 

 

Mediatv.az xatırladır ki, Eldar Mahmudov vəzifədən uzaqlaşdırıldıqdan 2 ay sonra onun 10 il ərzində rəhbərlik etdiyi Milli Təhlükəsizlik Nazirliyi (MTN) ləğv olundu. Qurumun yüksək vəzifəli əməkdaşlarının həbsi 2005-ci il martın 2-də Bakıda yaşadığı binanın blokunda öldürülən “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlini bir daha diqqət mərkəzinə gətirdi. Bu da səbəbsiz deyildi.
 
Elmar Hüseynovun qətlindən sonra MTN-in yüksək vəzifəli şəxslərinin adı qətllə əlaqəli gündəmə gəlmişdi. İşdə qətlin təşkilatçısı kimi MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarovun adı hallanırdı.
 A.Çovdarovun bu qətlin təşkilatçısı olduğunu 2010-cu ilin yayında o zaman həbsdə olan jurnalist Eynulla Fətullayev gündəmə gətirib. O, mətbuata müraciətində qətlin A.Çovdarov tərəfindən təşkil olunduğunu bildirmişdi. Jurnalistin həbsxanadan media orqanlarına göndərdiyi məktubda deyilirdi ki, Akif Çovdarov öz rəhbərliyinin tapşırığı ilə bu və digər qətllərin həyata keçirilməsi ilə məşğul olub. 
Hazırda “MTN işi” üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq davam edir. İstintaqda Elmar Hüseynovun qətli ilə bağlı epizodların olması ehtimalı da var. Ən azından ictimaiyyətə Akif Çovdarovun adının qətlin təşkilatçısı kimi təqdim olunmasının araşdırılması zərurəti yaranıb. Bundan başqa, qətldən sonra üzə çıxan bir çox müəmmalara da aydınlıq gətirilməlidir. 
Məsələn, Elmar Hüseynova mənzilinin girişində açılan atəşlərdən sonrakı dəqiqələrdə onun evində telefon işləməyib. Yaxınlarının istifadəsində olan mobil telefonlardan da zəng etmək mümkün olmayıb. 
Bu məsələ qətldən iki gün sonra Azadlıq Radiosunun efirində (http://www.azadliq.org/content/news/151432.html)
müzakirə olunub. Müzakirədə Azərbaycan parlamentinin vitse-spikeri Ziyafət Əsgərov, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid və o dövrdə “Monitor” jurnalının redaktor müavini olan Eynulla Fətullayev iştirak ediblər. Müzakirədə baş prokurorun müavini Ramiz Rzayevə istinadən bildirilib ki, istintaq bu ana (2005-ci il martın 4-də baş tutan müzakirə nəzərdə tutulur-E.M.) qədər ancaq mərhumun atası və xanımının qətl törədilən vaxt işıq, mobil və şəhər telefonunun qəsdən kəsilməsi barədə iddialarını araşdırıb. 
 
Həmin müzakirədən sitat:
“Cənab Rzayevin sözlərinə görə, mobil və şəhər telefonu daim işləyib. Müstəntiqlər uzağı 4-5 dəqiqə rabitədə nasazlıq olduğunu ehtimal edirlər. Şəhər telefonu isə ancaq otaqlardan birində, xətt qırıldığı üçün işləməyib”. 
Bundan başqa, qətlə yetirilən baş redaktorun həyat yoldaşı Ruşaniyyə Hüseynova da müsahibələrində telefonların işləmədiyinə diqqət çəkib. 
Maraqlıdır ki, qətllə bağlı digər məqamlar araşdırılsa da, telefonların işləməməsi məsələsi sonradan diqqətdən kənar qalıb.
Necə olub ki, rabitədə 4-5 dəqiqəlik nasazlıq yaranıb? Bu, bir təsadüfdür, yoxsa yaxşı hazırlanmış qətl planının tərkib hissəsidir? 
Elmar Hüseynov qətlə yetirildiyi gün onu yaşadığı binaya “Monitor” jurnalının kommersiya direktoru Zakir Rzayev gətirib. 
“Yolda Elmar mağazadan oğluna yoqurt aldı. Sonra binalarının qarşısında avtomobildən düşdü. Avtomobildən düşərkən ”Zerkalo" qəzetinin müxbiri İbrahim (İbrahim Bayandurlu 2010-cu ildə vəfat edib) zəng etdi. O, İbrahimlə telefonla danışa-danışa binaya daxil oldu", - deyə qətldən sonra Zakir Rzayev bildirib.
Deməli, Elmar Hüseynovun telefonu binaya daxil olana qədər işləyib. Qətldən dərhal sonra isə telefon sadəcə ümumi şəbəkədən 5-6 dəqiqəliyə ayrılıb. Həmin 5-6 dəqiqədə killer dəstəsi ərazidən uzaqlaşıb. Sonradan telefonlar işləməyə başlayıb və çağırışla əraziyə təcili yardım, hüquq-mühafizə orqanları gəliblər. Hadisə yerindən 150 metr aralıda papaq və tapança aşkar edilib ekspertizaya təhvil verilib. Amma heç bir əl izləri olmayıb. Deməli, baş redaktorun qətlində təsadüfi heç nə olmayıb. Həmçinin təsadüfən telefonların işləməməsi də. Əlbəttə, bu nüansın da araşdırılması hüquq-mühafizə orqanlarının çiyinlərinə düşür.
Qətl və ondan sonra baş verənlər telefonların nasazlıq üzündən işləməməsi versiyasına çox ciddi şübhələr yaradır. 
Digər tərəfdən, bu şübhələri artıran faktlar Rabitə və Yüksək Texnologiyalar Nazirliyində gerçəkləşən həbslərdən sonra üzə çıxdı. Məlum oldu ki, Eldar Mahmudov yaxın qohumu olan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəisi Beytulla Hüseynovun, nazirliyin aparat rəhbəri Vidadi Zeynalovun və digərlərinin vasitəsi ilə yüksək çinli vəzifəlilərin sanksiyalaşdırlmamış dinlənilməsini həyata keçirib. Vəzifə səlahiyyətlərindən istifadə edərək böyük bir cinayətə qol qoyublar. Bu baxımdan Elmar Hüseynov qətlə yetirilən gün onun mənzilində quraşdırılan stasionar telefonun, özünün və həyat yoldaşının istifadəsindəki mobil telefonun söndürülməsi, daha doğrusu şəbəkədən ayrılmasını da mümkün hesab etmək olar. 
Məlumat üçün qeyd edək ki, istənilən mobil telefonu şəbəkədən ayırmaq texniki baxımdan mümkündür və belə texniki imkanlar Eldar Mahmudovun rəhbərlik etdiyi nazirlikdə də olub, RYTN-də də var. 
Bu baxımdan Elmar Hüseynovun qətl işi yeni halların müəyyən olunması nədəni ilə yenilənə bilər. Hazırda yaranan situasiya E.Hüseynovun qətlinin açılmasına da kömək edə bilər. 

Qeyd edək ki, “Monitor”un baş redaktoru Elmar Hüseynovun qətlində icraçı kimi 5 Gürcüstan vətəndaşının adı keçir. Bunlar Gürcüstan vətəndaşları Tahir Xubanov, Teymuraz Əliyev, Arçil Kasiya, Nuqzar Bolkvadze və Serqo Davrişovdur. Onların şəxsiyyəti, qətldən əvvəl qaldıqları ev, Azərbaycana qətl törədilən il yanvar və fevral ayında bir neçə dəfə gəlib-getmələri bilinir. Onlar sonuncu dəfə Azərbaycanı 2005-ci il mart ayının 3-də səhər saat 8:24-də (Elmar Hüseynov qətlə yetirildiyi gecənin səhəri) tərk ediblər. Qətl işi isə bu gün də açılmamış hesab olunur.
Musavat.com
шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024