Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (30-12-2015, 17:54)
Mətbuat Şurası 5 saytın adını “qara siyahı”ya salır

95

Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyası bu il son iclasını keçirib.

Mediatv.az-a şuradan verilən xəbərə görə, iclasda müstəqil jurnalist Xalid Kazımovun “Milli.az” internet portalı ilə bağlı müraciətinə baxılıb. Komissiya tərəfləri dinləyərək rəyə gəlib ki, şikayət doğuran yazıda etik prinsiplərin bir sıra tələbləri pozulub. Lakin sayt sonradan qarşı tərəfin mövqeyinə aydınlıq gətirib. Komissiya bunu məqbul sayıb və həmin kütləvi informasiya vasitəsinə bu kimi yazıların təqdimatına daha həssas yanaşmağı tövsiyə edib.

İclasda 5 KİV-lə əlaqədar materialların araşdırılması üçün MŞ-nın “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına göndərilməsi məntiqi hesab olunub. “Xalq tribunası” qəzetinin Sumqayıt Şəhər Məhkəməsinin rəhbərliyi barədə yazılarının “reket jurnalistika”ya xas tərzdə səhifəyə çıxarılması, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın əksər prinsip və bəndlərinin tələblərinin pozulması buna əsaslar verib.

“Azfakt.az”, “Azerinfo.org”, “Reportyor.tv” və “pia.az” saytlarının adlarının MŞ-nin “qara siyahı”sına salınması məsələsinə həmin komissiyanın Şuranın İdarə Heyətinə təqdimatından sonra baxılacaq.

Müzakirələr zamanı bildirilib ki, bu KİV-in Ağdam Rayon İcra Hakimiyyəti barədə yayımladıqları məlumatların əksəriyyəti peşə etikasına zidd şəkildə, korporativ həmkarlıq formasında yayımlanıb. Belə materiallar bir qayda olaraq informasiyaların nə dərəcədə həqiqiliyi yoxlanılmadan verilir, bunlarda şərəf və ləyaqətin təhqirinə, işgüzar nüfuzun aşağılanmasına yönələn fikirlər yer alır.

Çıxışlarda o da vurğulanıb ki, ölkədə oxşar metodlarla birgə hərəkət edən 30-a yaxın sayt mövcuddur. Mətbuat Şurası bu cür hallara qarşı mübarizənin yeni vasitələrini nəzərdən keçirməlidir.

Ağdam şəhər sakini Rafiq Nəbiyevin “ölkə.az” saytı ilə əlaqədar müraciətinin müzakirəsində cavabdeh tərəfə müraciət müəllifinin mövqeyinin yayımlaması tövsiyə olunub.

“Gundemxeber.az” saytı Ucar şəhər sakini Vahid İbrahimovun müraciəti əsasında şikayət doğuran materialı oradan götürdüyü üçün məsələ həllini tapmış hesab edilib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024