Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə / Slayd (17-12-2015, 17:09)
«MƏNİ AKİF ÇOVDAROVUN GİZLİ HƏBSXANASINA APARDILAR…» - «Hamı qara maskada və silahlı idi»

1399361656_0001

«Qonşu otaqda elektroşokla 2 nəfərə huşu itənə qədər işgəncə verirdilər, onların ah-naləsinə, yalvarışlarına səs verən yox idi»

«Səhərisi günü səhər saat 7-8 radələrində idmana gedəndə evimin qabagında təcili tibbi yardım maşınından düşən silahlı qara maskalılar məni zorla maşına saldılar. Məni Akif Çovdarovun tapşırıgı ilə Masazırdakı şəxsi həbsxanasına gətirdilər. Bütün günü məni Akif Çovdarovun Masazır həbsxanasında ac-susuz saxladılar».

Mediatv.az-ın məlumatına görə, Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, hazırda Fransada mühacirətdə yaşayan Elşad Abdullayevin ölkə rəhbərliyi, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev və KİV-lərə ünvanlanmış yeni müraciətində belə deyilir. E.Abdullayev bir nüsxəsini “AzPolitika”ya göndərdiyi müraciətində Akif Çovdarovun gizli həbsxanasında üzləşdiyi təzyiqlər, daha sonra nazir Eldar Mahmudovla görüşü barəsində sensasiyalı təfərrüatları yazır.

Keçmiş ABU rektoru bildirir ki, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan general-mayor Akif Çovdarovun onun qardaşı Mahir Abdullayevə 300 min dollar borcu olub.

Akif Çovdarovun cinayət ortagı Qulu Cəfərov bunu Mahir Abdullayevə oktyabr 2001-ci il tarixdə verdiyi yazılı izahatında da öz imzası ilə təsdiq edib. E.Abdullayev yazır ki, bu əlyazmanı qardaşı itkin düşəndən sonra onun iş otağındakı qara rəngli əl diplomatından götürüb. Bundan sonra Qulu Cəfərovla görüşməyə çalışıb.
«Sonradan bizə məlum oldu ki, o, Akif Çovdarovun şəxsi həbsxanasında işləyir. Qulu Cəfərov bizimlə görüşməkdən qaçırdı. Ancaq eşidəndəki Mahir onunla bir yerdə çox vaxt keçirib, onu axtarmağa başladım. Nəhayət, 2009-cu ildə Qulu Cəfərovu lX mikrorayonda yerləşən və yaxın qohumu Akif Çovdarovla bir mərtəbədə, qapı-bir qonşu kimi yaşadıgı evin girəcəyində yaxaladım. Onun imzası ilə yazılmış Mahir Abdullayevə 300 min dollar borcu oması haqqında izahatı Qulu Cəfərova təqdim etdim və ondan Mahirə olan borcunu tələb etdim. O, gözlənilməz görüşdən az qala hüşünu itirirdi, and-aman etdi ki, pullar Akif Çovdarovdadır, ondan ala bilərsiniz, mən Akif Çovdarovun taxta-şalban ofisində işləyirəm, mənə cörək pulu verir. Düzdür, pul mənim imzamla alınıb, ancaq Mahir pulu Akif Çovdarova verib. Mənə Akif Çovdarovun mobil telefonunu verdi və dedi ki, sabah zəng et görüş, o da mən deyənləri deyəcək».

covdarov2

Elşad Abdullayev yazır ki, Qulu Cəfərovla bu görüşdən 1 gün sonra qara maskalılar onu saxlayaraq, Akif Çovdarovun gizli həbsxanasına aparıblar.
«Səhərisi günü səhər saat 7-8 radələrində idmana gedəndə evimin qabağında təcili tibb yardım maşınından düşən silahlı qara maskalılar məni zorla maşına saldılar. Qara maskalılardan MTN polkovniki Rəsul Rəsulov, Yaşar Lətifov (soyadını ola bilərki səhv salıram), indi həbsdə olan Teymur Quliyev üzlərini açmışdılar. Araz Laçınlı, polkovnik Fikrət Əliyev və general Elçin Quliyevi, Sənan İbrahimovu və Qulu Cəfərovu isə üzlərini açmasalar da, səslərindən və yerişlərindən tanıdım. Məni MTN-in arxa qapısına gətirdilər, lakin ora çatmamış Akif Çovdarovun tapşırıgı ilə Masazırdakı şəxsi həbsxanasına apardılar. Bu zaman Elçin Quliyev, Fikrət Əliyev, Araz Laçınlı və Teymur Quliyev MTN-in arxa qapısından içəri girdilər. Rəsul Rəsulov qara maskalı təcili tibbi yardım maşınının sürücüsünə bildirdi ki, «siz professoru Masazır Universitetinə aparın». Yəni Akif Çovdarovun şəxsi həbsxanasına. Bütün günü məni Akif Çovdarovun Masazır həbsxanasında ac-susuz saxladılar, qonşu otaqda elektroşokla 2 nəfərə huşu itənə qədər işgəncə verirdilər, onların ah-naləsinə, yalvarışlarına səs verən yox idi. Təsəvvür edin, Azərbaycan Milli Elmlər Akademiyasında 10 ildən çox baş elmi işci vəzifəsində calışmışam, 30 il Bakı Dövlət Universitetinin Hüquq fakültəsində 30 elmi-pedaqoji stajım var, ABU-da rektor işləyirəm, Prezidentin yanında AAK-in Hüquq Ekspert Şurasının sədri vəzifəsində calışmışam, birdən-birə elə gözlənilməz situasiyaya düşdüm ki, məqam axtarırdım ki, oradan necə qaçım».

Elşad Abdullayev daha sonra yazır ki, günün sonuna yaxın Akif Çovdarov onun saxlandığı otağa gəlib. Bu onların ilk canlı görüşü olub. «Akif Çovdarov məni Azərbaycan Beynəlxalq Universitetindəki «qanun pozuntuları» ilə təhdid etməyə başladı. O məni MTN-in Təhsil Nazirliyindəki «Qara qutusu» İlyar Vahabovun yoxlama protokolları, «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzilinin yazdığı yazılarla gecə saat 2-yə qədər təhdid etdi. Məni qorxu və təəccüb bürümüşdü. Akif Çovdarovun şəxsi həbsxanasında hamı qara maskalı və silahlı idi.
O, başa düşəndəki, artıq mən çəkinirəm, ondan sonra Qulu Cəfərovun Mahir Abdullayevə borclu olması haqqında məsələyə keçdi. Bu zaman əlində avtomat qara maskada Qulu Cəfərov və mənə özünü MTN polkovniki kimi təqdim edən Sənan İbrahimov (MTN-in müavini Hilal Əsədovun qohumu) da otaga daxil oldular. Mən saxlanan otaqda çoxlu qan izləri var idi. Qulu və Sənan üzlərini açmadan tam silahlı vəziyyətdə heç nə danışmadan Akif Çovdarovun komandasını gözləyirdilər. MTN generalı Elçin Quliyev maşından düşəndə bildirdi ki, «Elşad müəllim mənim MTN Akademiyasında müəllimim olub, yaxşı deyil, gəlin mənim otagımda dindirək»…

Keçmiş rektor daha sonra yazır ki, Akif Çovdarov Mahir Abdullayevi tanımadığını, onunla heç bir alış–verişinin olmadığını deyib. “Nə mən, nədə mənim qohumum Qulu Cəfərov Mahiri tanımırıq, bizim ona heç bir borcumuz yoxdur”, deyə əlavə edəndən sonra xəbərdarlıq edib ki, bir də bu söhbətin üstünə qayıtma. Varsa da bizim Mahirə olan borcumuzu bağışlayırsan. “Nə isə, fikirləşirdim ki, necə qurtulum bu faşistlərinin əlindən, mənim ücün olduqca ağır və gözlənilməz situasiyaydı. Akif Çovdarovun əmrilə qara Lexus cip maşında bir qara maskalı heç bir şey danışmadan məni şəhərin mərkəzindəki evimə gətirdi”.

Bu hadisədən 3 gün sonra Elşad Abdullayevi MTN-ə çağırıblar. Burda onun nazir Eldar Mahmudovla da görüşü olub. “MTN nazirinin köməkçisi – əmisi oğlu Vüqar Mahmudov səhər saat 9-da mənim mobil telefonuma zəng edib bildirdi ki, sizi MTN-in Baş İstintaq İdarəsinin rəisi Şıxəliyev Mövlan gözləyir. MTN nazirinin qəbul otağına gəldim, oradan da MTN Baş İstintaq İdarəsinin rəisi Mövlan Şıxəliyevin otağına getdik. Məni Mövlan Şıxəliyev və müstəntiq Novruz Məmmədov birlikdə qəbul etdilər. Onlar mənə Mahirin oğurlanmasından suallar verdilər, mən də Akif Çovdarovun söhbətindən sonra heç bir şey danışmadım. Çünki istintaqa qonşu otaqdan Akif Çovdarov və Hilal Əsədov istiqamət verirdilər. Onlar selektor telefon danışıqları ilə məni aşagılayan söyüşlar söyürdülər, bunları acıq –aşkar eşidirdim. Onlar əmin olandan sonra ki, mən Akif Çovdarovun ssenarisi üzrə danışmayacağam, bundan sonra Mövlan Şıxəlıyev və müstəntiq Novruz Məmmədovla birlikdə MTN naziri Eldar Mahmudovun iş otagına gəldik.

Eldar Mahmudov da məni Mahir Abdullayevin oğurlanması ilə bağlı sorğu-suala tutdu. Qorxduğumdan əmin olduqdan sonra axşam saat 20 radələrində məni MTN-dən buraxdılar. Bir hüquq professoru olaraq, artıq fərqindəydim ki, kimlərlə üzləşmişəm…”

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024