Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (11-12-2015, 23:34)
Məcburi köçkün özünü avtomatla vurdu


 

Ağdamda məskunlaşan məcburi köçkün intihara cəhd edib.

Mediatv.az-ın məlumatına görə, hadisə rayonun Quzanlı qəsəbəsində məcburi köçkünlər üçün salınmış qəsəbədə baş verib.

Əslən rayonun işğal altındakı Şotlanlı kəndindən olan Emin Aslanov məskunlaşdığı evdə ailəsi ilə münaqişə edib. Münaqişədən sonra yataq otağında odlu silahla özünə atəş açıb. Sinə nahiyəsindən yaralanan 30 yaşlı Emin Aslanov hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Daha sonra vəziyyəti ağır olduğundan yaralı yaxınlıqdakı hərbi hospitala yerləşdirilib.

Yaralı artıq əməliyyat olunub. Vəziyyəti ağırdır. İntiharda istifadə olunan silahın isə avtomat olduğu bildirilir.

Hazırda baş vermiş faktla bağlı Ağdam Rayon Prokurorluğunun və polis şöbəsinin əməkdaşları araşdırma aparır. Emin Aslanovun intiharda istifadə etdiyi silahı haradan aldığı isə araşdırmalardan sonra məlum olacaq.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024