Hadisə (9-12-2015, 16:15)
Mübariz Mənsimovun tankeri Türkiyədə saxlanıldı
Azərbaycan əsilli, Türkiyə vətəndaşı Mübariz Mənsimova aid “Palmali” şirkətlər qrupunun tankeri İzmir limanında saxlanılıb.
Mediatv.az xəbər verir ki, bu barədə Deniz Haber Agentliyi məlumat yayıb.
Məlumata görə, Türkiyənin Nəqliyyat Dənizçilik İnformasiya Nazirliyi bütün liman rəhbərlərinə Qara və Aralıq dənizi memorandumu çərçivəsində yoxlamalar aparmağı tapşırıb.
Agentlik bildirib ki, dekabrın 8-də Rus bayraklı M/T AZERI KARABAKH adlı tanker saxlanılıb. Tankerin uzunluğu 139 metr, eni 16 metr, 6 526 ton yük daşıma həcminə malik olub.
Yoxlama zamanı 12 nöqsan aşkarlanıb, bunların içindən 7 nöqsandan dolayı gəminin səfərinin təxirə salınması qərara alınıb.
Qeyd edək ki, azərbaycanlı biznesmenə məxsus tankerlər əsasən Malta bayrağı altında üzür, ancaq onun bir-neçə Rusiya bayrağı altında üzən tankerləri də var.