Mediatv.az xəbər verir ki, ermənilərin açdığı atəş nəticəsində rayonun Quşçu Ayrım kənd sakini 16 yaşlı Tural Sadıqov yaralanıb.
Zərərçəkənin yaxınlarının "Report"a verdiyi məlumata görə, qarşı tərəfin atdığı mərmilərdən biri Sadıqovların həyətinə düşüb. Bu zaman həyətdə olan T.Sadıqov əlindən yaralanıb. Yaralı Qazax rayon Müalicə Diaqnostika mərkəzinə çatdırılıb. Əməliyyat olunan T.Sadıqovun vəziyyətini həkimlər kafi qiymətləndirir.
Qeyd edək ki, Ermənistan ordusu son günlər fəallaşaraq daha çox iri çaplı silahlardan yaşayış məntəqələrini atəşə tutur.