Hadisə (24-09-2015, 12:01)
Ermənilər mülki qadını yaraladılar - Qazaxda
Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə Silahlı Qüvvələrimizin mövqelərini və dövlət sərhədi boyu yerləşən kəndlərimizi müxtəlif çaplı silahlardan istifadə etməklə intensiv surətdə atəşə tutublar.
Mediatv.az xəbər verir ki, sentyabrın 23-də gecə saatlarında Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex kəndi istiqamətindən iriçaplı silahlardan Qazax rayonunun Kəmərli kəndinin atəşə tutulması nəticəsində mülki sakin Dursunova Esmira Aslan qızı yaralanıb. Göstərilən ilkin tibbi yardımdan sonra E.Dursunova Qazax rayon Diaqnostika Mərkəzinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Müdafiə Nazirliyi bildirir ki, Ermənistan tərəfinin bu cür təxribat əməllərini həmişə olduğu kimi Azərbyacanda əlamətdar hadisələr, bayram günləri keçirildiyi vaxtda törətməsi məqsədyönlü xarakter daşıyır və məhz dövlət sərhədində Silahlı Qüvvələrimizi provokasiyaya cəlb etmək niyyətini güdür.
Müdafiə Nazirliyi bildirir ki, düşməni susdurmaq məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən görülən təxirəsalınmaz və adekvat tədbirlər nəticəsində Ermənistan Silahlı Qüvvələrinin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə güclü atəş zərbələri endirilib.
Nazirlik bəyan edirik ki, düşmən tərəfində baş verən itkilər və dağıntıya görə bütün məsuliyyət qarşı tərəfin üzərinə düşür.