Mediatv.az xəbər verir ki, SOCAR-dakı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, yanğın çox güclü olduğu üçün platforma ilə əlaqə tam kəsilib. Xilasetmə gəmisi platformaya yan ala bilmir. Platformada çalışan neftçilərin taleyindən heç bir xəbər yoxdur.
Əldə etdiyimiz son məlumata görə, platformada 84 (digər məlumata görə isə 100) neftçi var. Güclü külək xilasetmə işlərini çətinləşdirir.
Yanğınla əlaqədar SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanovun sədrliyi ilə komissiya yaradılıb.
* * *19:44
Bir neçə saat öncə “Günəşli” neft yatağında qaz sızması nəticəsində güclü yanğın başlayıb.
Virtualaz.org saytının əldə etdiyi məlumata görə, yanğın yatağın 10-cu platformasında başlayıb.
SOCAR-dakı mənbələr faktı təsdiqləyiblər.
Ölənlər və xəsarət alanlar barədə hələ məlumat verilmir.