Hadisə / Slayd (4-12-2015, 15:26)
Cəbhədə azı 7 erməni hərbçisi öldürülüb – Ermənistan KİV-i
Mediatv.az xəbər verir ki, dekabrın 3-dən 4-nə keçən gecə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən şiddətli atışma zamanı düşmən tərəfin ciddi itki verdiyini erməni KİV-ləri də təsdiq edir.
Məsələn, my.mamul.am saytı qondarma rejimin “müdafiə nazirliyindəki” mənbəyə istinadla bildirir ki, dekabrın 3–dən 4-nə keçən gecə “Azərbaycan tərəfinin həyata keçirdiyi kəşfiyyat-diversiya əməliyyatı nəticəsində” “Qarabağın Müdafiə Ordusu” xeyli sayda itki verib.
Hadisə 04:30 radələrində cəbhə xəttinin şimal-şərq istiqamətində baş verib. “Qarabağın Müdafiə Ordusu” ilə Azərbaycanın xüsusi təyinatlı dəstələri arasında döyüş olub. Sayt bildirir ki, döyüş zamanı erməni tərəfin azı 7 əsgəri həlak olub, 5 nəfəri isə yaralanıb.Yaralılardan biri ağır vəziyyətdədir. “Hal-hazırda həlak olmuş və yaralanmış əsgərlərin kimlikləri müəyyənləşdirilir”, deyə məlumatda bildirilir.