Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (5-10-2015, 15:59)
Yanan binanın sakinləri Nazirlər Kabinetinin qarşısında aksiya keçiriblər - FOTOLAR

Yanan binanın sakinləri aksiya keçiriblər.

Mediatv.az Musavat.com-a  xəbər verir ki, saat 14 radələrində əvvəlcə Bakı Şəhər İcra Hakimiyyətinə və oradan da Prezident Administrasiyasına yollanan sakinləri heç kim qəbul etməyib.

Sakinlər daha sonra Nazirlər Kabinetinin qarşısına toplaşıblar.

30 nəfərə yaxın sakinin tələbi onlara verilən vədlərin yerinə yetirilməsidir. Sakinlər bildirirlər ki, yanğından sonra binanın təmiri keyfiyyətsiz şəkildə həyata keçirilib.

Prezidentin tapşırığına əməl etdiklərini göstərməyə çalışan məmurlar mənzilləri keyfiyyətsiz mebellərlə və ev əşyaları ilə təmin ediblər. Narazı sakinlər kondisioner, soyuducu kimi əşyaları, söz verilsə də, ala bilmədiklərini də qeyd ediblər.

Nazirlər Kabinetinin qarşısına toplaşanlar arasında yanğın zamanı zərər görən, yararsız vəziyyətə düşən obyektlərin və maşınların sahibləri də olub. Onlar da heç bir kompensasiya ala bilmədiklərinə görə etiraz ediblər.

Xatırladaq ki, Binəqədi rayonunda-Azadlıq prospektində baş verən yanğında 15 nəfər ölmüşdü. Binanın bütün mənzilləri yanmışdı.

 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024