Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (28-09-2015, 23:51)
Zaqatalada yol qəzası: 3 yaralı

Zaqatalada baş verən yol qəzasında üç nəfər xəsarət alıb.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası sentyabrın 28-i axşam saat 17 radələrində rayonun Faldar kəndinə gedən avtomobil yolunda baş verib.

 

Rayonun Faldar kənd sakini, 1966-cı il təvəllüdlü Əfrayim Oruc oğlu Mustafayev idarə etdiyi “VAZ 2106” markalı, 62 BC 128 dövlət nömrə nişanlı avtomobillə və rayon sakini, hələki adı məlum olmayan sürücü idarə etdiyi “VAZ 21011” markalı 62 BD 539 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən avtomobillərdən biri ötmə əməliyyatını düzgün seçməməsi səbəbindən hər iki sürücü idarəetməni itirib.

 

Nəticədə “VAZ 2106” markalı avtomobil qoz ağacına çırpılıb, “VAZ 21011” markalı avtomobil isə yolun kənarındakı kanala düşüb. Qəzadan sonra VAZ 21011 markalı avtomobilin sürücü xəsarət almasa da, digər avtomobilin sürücüsü Əfrayim Mustafayev, onun sərnişinləri- rayonun Faldar kənd sakini 1997-ci il təvəllüdlü Namidar Yusif oğlu Sofiyev və rayonun Qandax kənd sakini 1979-cu il təvəllüdlü Bahiddin Sirac oğlu Abdulhəşimov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.

 

Zaqatala RMX-dan APA-ya bildirilib ki, qəza nəticəsində xəstəxanaya daxil olan yaralıların hər birinə lazımi tibbi yardım göstərilib, vəziyyətləri orta-ağıq qiymətləndirilir.

 

 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

 

 

 
 
 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024