Hadisə (2-04-2014, 15:52)
Prokurorluq SMS cinayəti barədə məlumat yaydı
Natiq Bayramov arvadı Gülnarə Bayramovanı çoxsaylı bıçaq xəsarətləri ilə öldürüb
Baş Prokuroroluq arvadını öldürən kişi barədə məlumat yayıb. Qurumdan ANS PRESS-ə verilən məlumata görə, martın 30-da saat 21 radələrində Gülnarə Teymur qızı Bayramovanın kəsilmiş-deşilmiş yara xəsarətlərilə Gənşə şəhər 3 saylı Təcili Tibbi Yardım Stansiyasına daxil olması və orada aldığı xəsarətlərdən ölməsi barədə Baş Prokurorluğa məlumat daxil olub.
Daxil olmuş məlumatla əlaqədar şəhər prokurorluğunun və şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə, eləcə də meyitə baxış keçirilib. Ərazidən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hadisə ilə əlaqədar müvafiq ekspertizalar təyin edilib.
1971-ci il təvəllüdlü Natiq Bayramovun martın 30-da saat 19 radələrində yaşadığı Gəncə şəhərindəki evində şəxsi münaqişə zəminində arvadı Gülnarə Bayramovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu qəsdən öldürməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilib.
N.Bayramova Cinayət Məcəlləsinin qeyd edilən maddəsilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Qeyd edək ki, N.Bayramov həyat yoldaşını mobil telefonuna tanımadığı nömrədən SMS gəldiyini görəndən sonra bıçaqlayaraq öldürüb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024