Hadisə (29-03-2014, 16:55)
Murad Dadaşovun obyektini qarət etdilər
Azərbaycanın tanınmış şoumeni, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş üzvü Murad Dadaşovun obyekti qarət olunub.
Mediatv.az saytı milli.az-a istinadən xəbər verir ki, M.Dadaşovun Səbail rayonu, İstiqlaliyyət küçəsindəki şirniyyat məmulatlarının satışı və sifarişini həyata keçirən “Côte d`Azur” mağazası qarət olunub. Mağazanın şüşələri naməlum şəxslər tərəfindən sındırılıb.
Mağazanın əməkdaşları və polis içəri daxil olmağa icazə verməyiblər. Hələlik mağazadan pul və ya şirniyyatın aparılması məlum deyil.
***
Murad Dadaşov mağazasının qarət olunması barədə yayılan xəbərlərə münasibət bildirib. O, AzNews.az-a açıqlamasında deyib ki, məlumat yalandır: “Yalan söhbətdir. Nə mağaza?”
Mağazanın qarət olunmasını sübut edən fotoların da artıq mətbuatda yayıldığı bir vaxtda M. Dadaşovun xəbəri təkzib etməsi maraq doğurur.