Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (12-08-2015, 14:25)
15 yaşlı oğlan maşınla ağır qəza törətdi

Lənkəranda baş verən avtoqəzada yeniyetmə sürücü ağır yaralandı. Anspress-in məlumatına görə, gecə saatlarında iki "VAZ 2107"nin toqquşması ilə nəticələnən avtoqəzada yeniyetmə sürücü ağır yaralanıb. Hazırda onun vəziyyətinin ağır olduğu deyilir.

Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsindən şəhər istiqamətinə hərəkət edən eyni markalı avtomaşınların toqquşması sürücülərdən birinin ağır yaralanması ilə nəticələnib. Şəhər sakini, 15 yaşlı Şəhriyar Məmiyevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşın 32 yaşlı Anar Məmmədovun eyni markalı maşınının zərbəsinə tuş gəlib. Zərbə nəticəsində hər iki avtomobil yararsız vəziyyətə düşüb, sürücü Şəhriyar isə ağır bədən xəsarətləri alıb.

Yaralı sürücü hadisə şahidləri tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və dərhal cərrahi əməliyyata götürülüb. Hazırda xəstənin vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin baş vermə səbəblərinə gəlincə, ilkin versiya kimi qəzanın yaxın qohumunun maşınını idarə edən 15 yaşlı Şəhriyarın dönmə əməliyyatını düzgün yerinə yetirməməsindən baş verdiyi deyilir.

Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024