Hadisə (13-07-2015, 23:02)
Poliklinika müdiri qəzada öldü
İmişlidə ağır yol qəzası baş verib.
Mediatv.az bildirir ki, İmişli Rayon Polis Şöbəsindən APA-ya verilən məlumat görə, İmişlidə rayon sakini, 1947-ci il təvəllüdlü Şirinov Mübariz Əzizulla oğlu idarə etdiyi "QAZ 3110" markalı 10 OK 328 dövlət nömrə nişanlı avtomobillə rayon sakini Məmmədov Hüseyn Fərman oğlunun idarə etdiyi "Mercedes-Benz Vito" markalı 20 CV 379 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Nəticədə "QAZ 3110" markalı avtomobilin sürücüsü qara ciyərin əzilməsi və daxili qanaxma diaqnozu ilə İmişli rayon Xəstəxanasında əməliyyat olunub. Reanimasiya şöbəsinə yerləşdirilən M.Şirinov bu gün günorta saatlarında aldığı xəsarətlərdən dünyasını dəyişib.
Qeyd edək ki, M.Şirinov İmişli rayon Xəstəxanasının poliklinika şöbəsinin müdiri vəzifəsində çalışıb.
Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırma aparılır.
Mediatv.az