Hadisə (13-07-2015, 14:54)
Ermənistandan Azərbaycana qarşı növbəti TƏXRİBAT
Ermənistan növbəti dəfə Azərbaycana qarşı təxribat məqsədi daşıyan hərəkətə yol verib.
Publika.az-ın məlumatına görə, işğalçı erməni separatçıları tərəfindən Azərbaycanın tarixi ərazisi olan Xankəndidə “Qarabağa investisiya yardımı” adlı konfrans təşkil olunub. Konfransda işğalçı Ermənistanla yanaşı, Rusiya və Belarusdan da nümayəndələr qatılıb.
“Qarabağa Yardım Fondu” və Ermənistanın Ticarət və Sənaye Palatası tərəfindən təşkil olunan qeyri-qanuni konfransda “Forest” tikiş firması, “Rapesid” bitki yağı şirkəti kimi xarici şirkətlər də təmsil olunub.
Konfransa qatılan İrəvan Ticarət və Sənaye Palatasının rəhbəri Karen Martirosyan bəyan edib ki, Qarabağa təcili investisiya yatırımı həyata keçirilməlidir. O, bunu işğal olunmuş Azərbaycan ərazilərində yaşayan ermənilərin yaşayış səviyyəsinin acınacaqlı vəziyyət alması ilə bağlayıb.