Sosial (27-11-2014, 12:33)
Azərbaycandan Ukraynaya etiraz
Ukraynalı jurnalistlər Azərbaycanın icazəsi olmadan Qarabağa gedib
Ukraynanın “1+1” televiziya kanalının jurnalistlərinin Azərbaycanın icazəsi olmadan Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağa səfər etməsi və ölkəmiz əleyhinə veriliş hazırlaması ilə əlaqədar Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu bu kanalın rəhbərliyinə rəsmi olaraq öz etirazını bildirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, etiraz məktubunda jurnalistlərin Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında qurulmuş, heç bir dövlətin, o cümlədən Ukraynanın tanımadığı qondarma respublikaya səfəri pislənilir. Həmçinin Azərbaycana qarşı yönəlmiş, cəfəng iddialarla dolu proqramın hazırlanmasının qəbuledilməz olduğu vurğulanır.
Xatırladaq ki, Ukraynanın “1+1” telekanalının jurnalistləri “15 respublik” verilişinin növbəti buraxılışını hazırlamaq üçün noyabrın 23-də Xankəndidə olublar. Verilişdə Azərbaycana qarşı heç bir əsası olmayan iddialar səsləndirilib.(ans)

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025