Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (7-07-2015, 17:21)
Yanğınla bağlı cinayət işi açıldı

 

Şirvan şəhərində “Telemexanika” zavodunda baş verən yanğınla bağlı cinayət işi başlayıb.
İyulun 6-da Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Telemexanika” zavodunda yanğın baş verib.
Şirvan şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, bununla bağlı prokurorluq, polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dərhal hadisə yerinə çıxıblar. Həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində yanğının qarşısı alınıb. Ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib, ekspertiza tədqiqatı üçün nümunələr götürülüb və digər prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla müəyyən edilib ki, zavodun sexlərinin birində baş vermiş yanğın və partlayış nəticəsində 1959-cu il təvəllüdlü Raziyyə Süleymanova aldığı yanıq xəsarətlərindən hadisə yerində ölüb, sexdə işləyən digər şəxslər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə nəticəsində xəsarət alanlardan 12 nəfər ambulator tibbi yardım alaraq evə buraxılıb, 9 nəfər isə stasionar müayinə üçün şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlayıb, hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024