Hadisə (6-07-2015, 15:42)
Müdafiə Sənayesi Nazirliyinin zavodunda partlayış: ölənin şəxsiyyəti müəyyənləşdi
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Telemexanika Zavodunun sexlərinin birində baş verən yanğın nəticəsində 8 nəfər xəsarət alıb.
Şirvan Şəhər Mərkəzi Xəstəxanasından Publika.az-a verilən məlumata görə, xəsarət alanların hamısı qadınlardır.
Onlar yanıq diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hazırda həkimlər xəstələrə ilkin tibbi yardım göstərir. Ehtiyac olarsa, onlar Bakya aparıla bilər.
Hadisə zamanı bir nəfərin öldüyü təsdiqlənib.
***
Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, hadisə zamanı 19 nəfər yaralanıb. Onlar təcili tibbi yardım maşınları ilə Şirvan Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə 5 həkim briqadası gedib.
Xəsarət alanların vəziyyəti yüngül və orta-ağır qiymətləndirilir. Onlara zəhərlənmə və yüngül yanıq diaqnozları qoyulub. Yüngül xəsarət alanların bəziləri ilkin yardım göstərildikdən sonra evə buraxılır.
***
Mil-Muğan bürosunun xəbərinə görə, ölən şəxs Şirvan şəhər sakini, 1967-ci il təvəllüdlü Süleymanova Raziyə Cəfərxan qızıdır.
İlkin məlumata görə, qadın ağır yanıq xəsarətləri nəticəsində dünyasını dəyişib.
Hadisə nəticəsində xəsarət alan 11 nəfər ambulator yardım göstəriləndən sonra evə buraxılıb.