Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (15-06-2015, 10:45)
Hər bir Azərbaycan vətəndaşının qələbəsi

Hər bir Azərbaycan vətəndaşının qələbəsi

 

Bakı-2015 Birinci Avropa Oyunlarına möhtəşəm açılışla start verildi. Avropanın 50-dən çox ölkəsindən olan 6 mindən çox idmançı 20 idman növündə artıq mübarizə başlayıblar. Avropa Oyunlarının açılış mərasimi isə öz möhtəşəmliyi, əzəməti, orjinallığı ilə hələ uzun müddət yaddaşlarda qalacaqdır. Butun dünya, respublikamız o cümlədən də cəbhə bölgəsində yerləşən Füzuli rayonu, füzulililər də Avropa Oyunlarının açılış mərasiminin möhtəşəmliyinin hələ də təsirindədir.

 

            Avropa Oyunlarının açılış mərasimində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dediyi kimi bu möhtəşəm bayram müstəqil Azərbaycanın

Bu bayram həmdə ərazisinin böyük bir hissəsi işğal altında olan, düşmənlə təmas xəttində yerləşən füzulililərin bayramıdır. Avropa Oyunları çərçivəsində Horadizdə məşəl estafetinin keçirilməsi, möhtəşəm Alov festivalının təşkil olunması Füzuli rayonunu da Avropa Oyunlarının tarixinə yazmışdır. Məşəl estafeti və Alov festival çərçivəsində Füzuliyə gələn turistlər, qonaqlar artıq burada müharibənin dağıntıları ilə üzləşmədilər, bu yerlərdə gözəlliyin şahidi oldular, insanların xoş günlərinə sevindilər.

Bütün bunlar rayon sakinləri tərəfindən də böyük sevinc və fərəhlə qarşılanır, artıq cəbhə xəttində yaşayan füzulililər gələcəyə inamla baxır, işləyir, yaşayır, mübarizə aparır və sabahlarını qururlar. Füzulililər inanırlar ki, Prezident cənab İlham Əliyevin apardığı müdrik, qətiyyətli siyasət, praqmatik liderlik keyfiyyəti nəticəsində işğal olunmuş torpaqlarımız düşmən tapdağından azad olunacaq, bayrağımız Şuşada, Xankəndində, Füzulidə dalğalanacaqdır. Füzuli sakinləri Prezident İlham Əliyevin apardığı uğurlu siyasəti bəyənir və daim müdafiə edirlər.

Füzulililər inanırlar ki, Birinci Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi, Avropa dövlətlərində çoxminli insanların Azərbaycana gələrək reallıqları öz gözləri ilə görmələri, Azərbaycan həqiqətlərini bir daha dünya miqyasında geniş təbliğ edəcək və Dağlıq Qarabağ probleminin həllini sürətləndirəcəkdir.

            Azərbaycan müstəqillik əldə etdikdən sona çox böyük uğurlar əldə edib, bir çox ilklərə imza atıb, ancaq iyunun 12-də Bakıda Avropanın və dünyanın tarixində yeni səhifə yazıldı. Yunanıstan ilk Olimpiya Oyunlarının vətəni sayıldığı kimi, Azərbaycan da həmin gün Avropa Oyunlarının vətəni kimi tarixin səhifəsinə yazıldı. Bütün bunların əldə edilməsində Heydər Əliyev siyasətinin layiqli davamçısı prezident cənab İlham Əliyevin rəhbərliyi altında nail olundu. Azərbaycan İlham Əliyevin rəhbərliyi altında dünya dövlətlərinin onilliklər boyu can atdığı, bəzən həsədlə baxdığı uğuru qısa müddət ərzində qazandı, layiqli liderlə uzun yolu qısa müddətdə adladı, xalq və millət olaraq dünyada layiqli yerimizi təmin etdi. İmzalar içərisində imzamız göründü. Qoy, ocağımız, məşəlimiz heç zaman sönməsin!

Hər bir Azərbaycan vətəndaşının qələbəsi
Hər bir Azərbaycan vətəndaşının qələbəsi
Hər bir Azərbaycan vətəndaşının qələbəsi
Hər bir Azərbaycan vətəndaşının qələbəsi
Hər bir Azərbaycan vətəndaşının qələbəsi
Hər bir Azərbaycan vətəndaşının qələbəsi
Hər bir Azərbaycan vətəndaşının qələbəsi

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024