Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (26-05-2015, 16:26)
Birinci Avropa Oyunlarının məşəli İsmayıllıda

 

Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəli mayın 26-da İsmayıllı şəhərinə gətirilib

 

 
Mediatv.az xəbər verir ki, şəhərin girişində, Nizami Gəncəvi küçəsində qurulan I Avropa Oyunlarının rəmzi qapısında məşəlin izdihamlı qarşılanma mərasimi olub. Mərasimə gələn insanların sürəkli alqışları altında məşəli karate üzrə dünya və Avropa çempionu Bayram Qəhrəmanov qəbul edib.
Sonra 10 nəfər məşəlçinin yürüşü başlanıb. Onlar məşəli növbə ilə bir-birinə ötürərək Nizami Gəncəvi küçəsindən və Heydər Əliyev prospektindən keçməklə 2,82 kilometr məsafə qət edərək, şəhərin mərkəzi meydanına gəliblər. 
Burada yürüşçülər musiqi sədaları altında alqışlarla qarşılanıblar. Poverliftinq üzrə beşqat dünya və üçqat Avropa çempionu Kamil Qafarov Mədəniyyət Sarayının qarşısında quraşdırılan səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırıb. İdman müəllimi Rəvan Qarayev isə ilk Avropa Oyunlarının çırağını yarışlar başa çatanadək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təhvil verib.
Mərasimdə aprelin 26-da qədim Atəşgah məbədində ilk Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks etdirildiyi videoçarx nümayiş olunub.
Sonra birinci Avropa Oyunlarının məşəli Qəbələyə yola salınıb.
шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2025
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025