Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (8-06-2015, 19:49)
Aİ və ABŞ arasında azad ticarət zonası danışıqları sürətləndirilsin – G7 sammitinin çağırışı

 

Xarici KİV-in məlumatına görə, «Yeddilər» qrupu (G7) dövlət və hökumət başçıları Avropa İttifaqı (Aİ) və ABŞ arasında azad ticarət zonası yaradılması istiqamətindəki danışıqların sürətləndirilməsi məqsədilə çağırış ediblər. Çağırış G7 liderlərinin birgə bəyanatında yer alıb (Rosbalt).

Sənəddə deyilir: «Biz, təxirə salmadan bütün mövzular üzrə razılaşma işlərini sürətləndirəcəyik…»

Bəyanatda qeyd olunur ki, «Yeddilər» qrupunun liderləri danışıqların bütün istiqamətləri üzrə irəliləyişin əldə edilməsinə tərəfdar olduqlarını bildirirlər.

Almaniyada belə bir qənaət var ki, ABŞ-la azad ticarət zonasının yaradılması planları ilə əlaqədar olaraq, ümumi bazar məkanında məhsulların keyfiyyət standartlarının aşağı salınması baş verəcək. Guya ki, Avropa məhsullarının yerini daha ucuz və aşağı keyfiyyətli Amerika istehsallı ərzaq məhsulları tuta bilər.

May ayının sonlarında Almaniya kansleri Angela Merkel Aİ və ABŞ arasında azad ticarət zonasının yaradılması məqsədilə razılaşma sənədinin imzalanması təşəbbüsü ilə çıxış edib. Bu da Almaniyada qızğın ictimai mübahisələr doğurub.

Özünün həftəlik videomüraciətində Merkel deyib: «Birləşmiş Ştatlarla azad ticarət zonasının yaradılması istiqamətində razılaşma iş yerlərinin yaradılması, əmtəə mübadiləsinin artması və hər şeydən əvvəl, Almaniyada iş yerlərinin yaradılması üçün hədsiz faydalı ola bilər…».

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024