Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (26-05-2015, 14:18)
Röyanın "vor zakon"luğuna generaldan reaksiya

 

Məlum olduğu kimi müğənni Röya onu təhqir edən şəxsi mədəniyyət, şou-biznes adamı kimi deyil, cinayətkar aləmin nümayəndələrinə xas üsullarla cəzalandırıb.

Mediatv.az xəbər verir ki, Müğənninin “İnstagram” səhifəsindəki paylaşımından aydın olur ki, o, polisin köməyi ilə həmin şəxsi taparaq hüzuruna gətizdirib və onunla haqq-hesab çəkib.

Üstəlik, qurduğu bu “məhkəməni” gizli şəkildə videoya çəkərək, başqalarına dərs olsun deyə yayımlayıb. Tanınmış sənət adamının bu addımı isə heç də birmənalı qarşılanmayıb və cavabı hələ tapılmayan bir neçə sualın yaranmasına səbəb olub:

1. Müğənni niyə qanunvericiliyə uyğun olmayan hərəkətlər edib?

2. Əgər, o, polisə rəsmi müraciət etmişdisə, niyə üzləşmə polis şöbəsində deyil, başqa məkanda aparılıb və qanunlara zidd olaraq görüş gizli şəkildə çəkilib?

3. Onların görüşünün Röyaya uyğun yerdə aparılması, eləcə də polisin videoda gözə dəyməməsi göstərir ki, polisə rəsmi müraciət olmayıb. Sadəcə polis kimlərinsə göstərişi ilə həmin müğənnini söyən şəxsi taparaq şikayətçiyə təhvil verib, bununla da kobud qanun pozuntusu törədib…

4. Əlbəttə müğənninin onu söyən şəxsi polis əliylə tapdığını deməsi yalan da ola bilər. Amma bu halda polis onu nüfuzdan salan yalana görə, müğənnini cəzalandırmalıydı ki, bu hələ baş verməyib…

Sualların sayı çoxdur. Bunları ümumiləşdirərək qeyd edək ki, ordatlıqda ciddi qanun pozuntuları, bir müğənninin dövlətə, onun qanunlarına, eləcə də vətəndaşlara qarşı hörmətsizliyi və saymazyanalığı var. Bununçün hüquq mühafizə orqanları hansı addımları atmalıdır və ya atıb?

sehlabbagirovBunu dəqiqləşdirmək üçün AzNews.az-ın əməkdaşı Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayorSəhlab Bağırovla əlaqə saxlayıb. O, məsələ ilə maraqlandığını və lazımı addımların atılacağını bildirib: “İndicə həmin məsələ ilə bağlı mediada yayılan materialları oxuyuram. Qanun pozuntusu olubsa, mütləq onu törədən şəxs və ya şəxslər cəzalanacaq. Qeyd edim ki, polisin zərərçəkmişlə qarşı tərəfi üzləşdirməsində qeyri-qanuni heç bir əməl yoxdur, təhqiqat müddətində polis tərəfləri üzləşdirə bilər. Lakin bu, polisin qarşısında olmalıdır. Polis şikayətçiyə onu təhqir edən şəxsin kimliyi barədə məlumat verə bilər. Lakin zərərçəkmiş bunun üçün yazılı şəkildə müraciət etməlidir. Şifahi şəkildə polisin kiməsə məlumat ötürməyə səlahiyyəti çatmır”.

Səhlab Bağırov hər hansı şəxsin videosunun gizli şəkildə paylaşmağın da qeyri-qanuni olduğunu deyib: “Video gizli çəkilib paylaşılıbsa, bu, qeyri-qanuni əməldir. Kimliyindən asılı olmayaraq, hər kəs qanunlarımıza hörmətlə yanaşmalıdır”.

muzefferbaxishovƏgər Röyanın bu əməli doğrudan da araşdırılsa və sübuta yetirilsə, onu hansı cəza gözləyir? Hüquq müdafiəçisiMüzəffər Baxış AzNews.az-a deyib ki, Röya Ayxana Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322-ci maddəsi ilə (Özbaşınalıq) cinayət işi açıla bilər. Onun sözlərinə görə, Röya Ayxan məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməli idi: “Çünki ölkədə qayda-qanun, məhkəmə var. Röyanın imkanlarından istifadə edərək camaata xox gəlməsi təmiz cinayətdir”.

M.Baxış əlavə edib ki, Röya Ayxanı etdiyi bu özbaşınalığa görə 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər: “Ən yüngül halda isə ona 500 manatdan 1000 manata kimi cərimə də kəsmək ehtimalı var”.

Qeyd edək ki, vəkil Adəm Məmmədov daxili işlər naziri Ramil Usubov və Baş prokuror Zakir Qaralova müraciət edərək Röya Ayxanın qanunvericiliyi pozduğuna görə cəzalandırılmasını xahiş edib. O, müğənninin yaydığı videonun qanunsuz və gizli yolla çəkildiyini vurğulayıb. Xatırladaq ki, Röya Ayxan “İnstagram”da onu təhqir edən Elnur Orucov adlı şəxs tərəfindən söyüldüyünü yazıb. Müğənni polisə müraciət edərək Elnuru tapıb və cinayətkar aləmin nümayəndələri kimi sorğulayıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024