Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (19-11-2014, 20:01)
Polisin “düyünə” saldığı bağ davası- Qalmaqal

Bakının Şüvəlan qəsəbəsində gəlinlə qayını bir-birinə düşmən edən bağ evi ilə bağlı polis hər iki tərəfə təzyiq edir. 

 

“Mediatv.az” xəbər verir ki, bir müddət əvvəl qaynı arvadı tərəfindən döyülən bağ sahibi Leyla Həmidova aznews.az-a şikayət edərək Xəzər rayon polis idarəsinin heç bir iş görmədiyini, istintaqın aparılmadığını demişdi. Məhkəmə iki dəfə Leyla Həmidovanın xeyrinə qərar çıxartsa da, qayını Firudin Mahmudov və onun həyat yoldaşı Gültamam Mahmudova bağ evini onun əlindən güc yolu ilə almaq istədiyini söyləmişdi. 

Hazırda polisin hər iki tərəfə müxtəlif təzyiqlər edərək, onları barışdırmağa cəhd edir. 

Leyla Həmidova isə saytımıza açıqlamasında şikayətini geri götürməyəcəyini bildirib: 

“Polis hansısa maraq qarşılığında və ya kimlərinsə təsiri ilə bizi barışdırmaq istəyir. Buna görə də mənim şikayətimə baxılımır. Gör neçə aydır ki, mən şikayət etmişəm. Axı problem həll olmayıb ki, onlarla barışam. Yay fəsli gələn kimi yenə bu məsələyə qayıdacaqlar. Hər dəfə məni əsəbiləşdirməkləri, məni belə vəziyyət salmaları lazım deyil”. 

Polislər Leyla Həmidovaya qayını ilə barışmağı təklif etsələr də şikayətçi ərizəsini geri götürməyəcəyini bildirib:

“İstintaq mənim ifadəmi almaq üçün heç məktub göndərməyib. Mənim də vəkilimin də nömrəsini bilirlər. Mən vəkilimlə bərabər 2-3 həftə qabaq istintaqa getmişdik. Orada dedilər ki, növbəti dəfə onları da çağırarıq, sizi də. Amma hələ ki, heç bir məktub gəlməyib”. 

İstintaqı aparan müstəntiq Rövşən Cavadov isə AzNews.az-a bildirib ki, şikayətçi Leyla Həmidova istintaqa gəlməsi və ifadə verməsi üçün evinə məktub göndərilib. Amma şikayətçi ifadə vermək üçün hələ istintaqa gəlməyib. Müstəntiqin sözlərinə görə, Gültamam Mahmudova şikayətçi ilə barışmaq üçün ərizə verib. 

Qeyd edək ki, həyat yoldaşından Leyla Həmidovaya miras qalan bağ evinə qaynı və onun həyat yoldaşı iddia irəli sürüblər. Şikayətçi bağ evinin qaynı və onun həyat yoldaşı tərəfindən əlindən almaq üçün təzyiqlər etdiyini hətta döyüldüyünü, müxtəlif bədən xəsarətləri aldığını bildirmişdi. Bununla bağlı polisə müraciət edən şikayətçi xəstəxanadan ekspertizanın nəticələrini də polisə təqdim edib. Lakin üç aydan çoxdur ki, şikayətçi polisə ərizə ilə müraciət etsə də polisin heç bir nəticə ortaya qoymadığını deyir. 

Onu da bildirək ki, Məsələyə Daxili İşlər Nazirliyi də münasibət bildirmişdi. Qurumun Mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadənin saytımıza ünvanlandığı açıqlamanı təqdim edirik: “Həqiqətən cari il avqustun 23-də Şüvəlan qəsəbəsində yaşayan Leyla Həmidova DİN-in "102" Xidmətinə yaxın qohumu Gültamam Mahmudova tərəfindən döyülməsi barədə müraciət edib. Dərhal hadisə yerinə Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Bölməsinin əməkdaşlarından ibarət əməliyyat qrupu gedib. Bununla bağlı bölmədə araşdırma aparılıb, hər iki tərəfin, şahidlərin izahatları alınıb, təhqiqat orqanı tərəfindən ekspertiza təyin olunub. Məhkəmə-tibbi ekspertizasının rəyində Leyla Həmidovaya sağlamlığa yüngül zərər vuran xəsarət yetirildiyi göstərilib. Cinayət tərkibinin əlamətləri olduğuna görə təhqiqat orqanında toplanmış material əvvəlcə Xəzər RPİ-nin İstintaq şöbəsinə, oradan isə məsələyə hüquqi qiymət verilməsi məqsədilə rayon prokurorluğuna göndərilib”. 

O.Mansurzadə bu açıqlamanı ötən ayın 10-da verib və göründüyü kimi bildirib ki, məsələ prokurorluğa göndərib. İşin istintaqını aparmalı olan Rövşən Cavadov isə hələ şikayətçini tapa bilmədiyindən gileylənir...

 

шаблоны для dle 11.2

Xəbər lenti
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024