Hadisə (22-05-2015, 16:30)
“Beynəlxalq Bank işi” ətrafında baş verən həbs dalğası bu dəfə “Bank Technique”ya sıçrayıb?
“Bank Technique” söyləntiləri təkzib edib: ““Bank Technique” əvvəlki qaydada normal fəaliyytdədir”.
“Bank Technique”da yoxlamalara başlanılıb.
Mediatv.az-ın məlumatına görə, bu barədə PİA.AZ-a daxil olan məlumatda btlirilir. Məlumata əsasən şərti olaraq “Beynəlxalq Bank işi” olaraq adlandırılan böyük maliyyə xəyanəti ilə bağlı araşdırmalar “Bank Technique”ya sıçrayıb. PİA.AZ-ı bu barədə məlumatlandıran mənbənin sözlərinə görə əvvəllərdə həbs qalmaqalları ilə çalxalanan “Bank Technique”da yoxlamalara start verilib. Yoxlamaların nəticəsində yeni həbslərin olması istisna olunmur.
Məsələ ilə bağlı PİA.AZ-ın əməkdaşı “Bank Technique” ilə əlaqə saxlayıb. Bankın əməkdaşı Nuranə Əfəndiyeva sualımızı cavablandıraraq bildirib ki, ha-hazırda “Bank Technique”da heç bir yoxlama aparılmır:
“Hal-hazırda “Bank Technique” normal iş rejimində fəaliyyətinə davam edir. İstər rəhbər, istərsə də müştərilərə xidmət heyəti hər zamankı kimi öz gündəlik fəaliyyətləri ilə məşğuldurlar”.
Qeyd edək ki, “Bank Technique”ın Beynəlxalq Bankının İdarə Heyətinin Sədri Cahangir Hacıyevə məxsus olması barədə təsdiqlənməmiş məlumatlar dolaşır. Cahangir Haxıyevin Beynəlxalq Bankının İdarə Heyətinin Sədri vəzifəsindən istefa verdiklən sonra məhz “Bank Technique”ya rəhbərlik edəcəyi söylənilirdi.
Xatırladaq ki, üç il əvvəl "Texnikabank" ASC-nin rəhbəri Etibar Əliyev və Bankın bir sıra məsul şəxsləri ayrı-ayrı vaxtlarda böyük maliyyə maxinasıyalarına, hətta çirkli pulların yuyulmasına görə həbs edilmişdilər. Bir müddətdən sonra isə "Texnikabank" ASC “Bank Technique”ya çevrildi və Beynəlxalq Bankın İdarə Heyəti sədrinin müavini Rövşən İsmayılov Etibar Əliyevin yerinə gətirildi.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024