Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (24-02-2015, 15:55)
Qafqazda NATO – Rusiya müharibəsi və Bakını gözləyən təhlükə

Qafqazda NATO – Rusiya müharibəsi və Bakını gözləyən təhlükə

Cənubi Qafqazda NATO – Rusiya müharibəsi başlayır

 

Mediatv.az xəbər verir ki, Almaniyanın “Deutsche Welle” nəşri Cənubi Qafqazın yeni qarşıdurma astanasında olduğunu yazıb.
Rusiya-NATO münasibətlərinin gələcəyi çox amillərdən asılı olacaq. Bu yaxınlarda mediaya müsahibə verən NATO baş katibi Jens Stoltenberq sanki ittifaq ölkələrinin ümumi koordinatoru kimi çıxış edir. O qətiyyətli danışır və Moskvanın siyasətini neqativ olaraq qiymətləndirir. Onun qiymətləndirmələri Moskvanı narahat etməyə bilməz və Rusiya-NATO qarşıdurmasının güclənəcəyini vəd edir. Çünki bütün problemlərə baxmayaraq, NATO tarixdə ən güclü ittifaqdır.
Hazırda Kreml NATO ilə münasibətlərin soyumasında narahat görünmür. Onsuz da rəsmi Brüssel Moskva ilə münasibətləri dondurub. İndi Rusiya Qərbdə dost və partnyorlarla ehtiyac duymur.
Rusiya və NATO 1997-ci ildə Parisdə akt imzaladı. Lakin əməkdaşlığın reallaşmasında yanaşmalar fərqlənirdi. Ehtimal ki, tərəflər sadəcə əməkdaşlıq oyunu oynayırdı. NATO ümid edirdi ki, Kremldə “soyuq müharibənin” başa çatdığını anlayacaqlar və Amerika tanklarının Polşada küçə boyunca gəzməyəcəyini başa düşəcəklər.
Əslində indiyə qədər birgə təlimlər, terrorizm və piratçılıqla mübarizə, nümayəndə heyətlərinin mübadiləsi bir növ Rusiyanın sakitləşdirilməsinə yönəlib. İttifaq ümid edirdi ki, 20-30 il ərzində Rusiya tədricən yumşalacaq, NATO ölkəsi olmasa belə, ən azından etibarlı partnyor olacaq.
Lakin keçmiş sovet ölkələrinin NATO-ya üzv olması ilə mübarizə Rusiyanın xarici siyasətində əsas prioritet oldu.
Bu mənada 2008-ci ildə Buxarestdə keçirilən NATO sammitini uğurlu adlandırmaq mümkündür. Almaniya kansleri Angela Merkelin səyi nəticəsində Ukrayna və Gürcüstan üzvlüyə qəbul olunmadı. Onlara sadəcə gələcəkdə mütləq ittifaqın üzvü olacağı sözü verildi.
Vladimir Putin post-sovet məkanına Moskvanın nəzarət etmə hüququnu tanıyan Buxarest sammitinin qərarlarını qəbul etdi. 2008-ci ilin avqustunda Gürcüstanda müharibədən sonra Kremldə bununla bağlı inam möhkəmləndi. Lakin bir il sonra post-sovet məkanından NATO-ya doğru can atmalar başladı. Əslində Krımın ilhaqı və Ukraynanın Şərqinə müdaxilə NATO-nun post-sovet məkanına girməsindən sonra  baş verdi.
İndiyə qədər Rusiya-NATO mövqeyi bəlkə də cəmi bir dəfə, Əfqanıstana yüklərin tranziti zamanı uzlaşdı. Düzdür, Moskva tranzitə görə NATO-dan haqqını da alırdı. İndiki siyasi iqlimdə isə hansısa əməkdaşlığın bərpasından danışmaq mümkün deyil. Moskvanın davranışları Rusiyanın etibarını son damlasına qədər itirməsinə gətirib çıxarıb.
Nəhayət, Cənubi Qafqaz. Bu bölgə Rusiyanın ən zəif yeridir. NATO məmnuniyyətlə Cənubi Qafqazı öz qanadı altına alar və Rusiyaya ən zəif yerindən və öz sərhədinin dibindən zərbə vurardı. Lakin hər şey o qədər də asan deyil. Cənubi Qafqazın əsas ölkəsi hesab olunan Azərbaycan öz ordusunun qurulmasında NATO standartlarından istifadə edir. Lakin o, Şimal qonşusuna arxa çevirmir. Bu məsələdə Bakını tamamilə qınamaq da çətindir. Axı o bölgədə ən qədim münaqişəni – Dağlıq Qarabağ münaqişəsini yaşayan ölkədir. Digər tərəfdən, Azərbaycan xarici siyasətdə əsas prioritet olaraq ərazi bütövlüyünün bərpasını seçib. Məhz bu amil ona tərəflər arasında manevr etməyə imkan verir. NATO-nun Azərbaycanla bağlı yaxın perspektivdə ümid edəcəyi bir şey yoxdur.
Şimal Alyansı hazırda daha çox Gürcüstana ümid edir. NATO üçün bu gün strateji sual var: Gürcüstan və Ukrayna ilə necə davranmaq lazımdır? Ukraynada müharibə gedir. Müharibədən sonra siyasi və hərbi islahatlar üçün illər lazım olacaq. Bu baxımdan, Kiyev və Şimal Alyansının gələcək əməkdaşlığı avtomatik olaraq təxirə düşür.
Lakin Gürcüstan hərbi islahatları uğurla aparır. Əhalinin ümumi rəyi də NATO-dan yanadır. Lakin Tiflisdə anlayırlar ki, ərazi münaqişəsi olan ölkə ittifaqa daxil ola bilməz.
Belə olanda NATO dilemma qarşısında qalır. Gürcüstanı ittifaqa daxil etməklə Rusiya ilə qarşıdurmanı gücləndirə, ondan imtina etməklə post-sovet məkanında Moskvanın nüfuzunu tanıya bilər.
Görünən odur ki, NATO birinci varianta üstünlük verir. Rusiyada hazırki rəhbərlik qaldığı müddətdə Gürcüstanın ittifaqa girişi aktual olacaq. Güman ki, növbəti sammitlərdə bu məsələ daha da aktuallaşacaq. Bu ilin payızında Varşavada keçiriləcək sammitdə Tiflisə yaxın 5 ildə üzvlük üçün iş planı təqdim olunacaq. Bununla NATO-Rusiya münasibətlərində ən dramatik və təhlükəli mərhələ başlayacaq. 
Beləliklə, Cənubi Qafqazda NATO-Rusiya qarşıdurması şiddətlənəcək. Bu qarşıdurmadan Azərbaycan da əziyyət çəkə bilər. Çünki Rusiyanın himayəsinə sığınan Ermənistandan fərqli olaraq Azərbaycan müstəqil siyasət aparır. Qərb və Rusiyanın Azərbaycanı öz yanına çəkmə mübarizəsində NATO da Qərbə dəstək verə bilər. Hər-halda Gürcüstana qədər gələcək Şimal Alyansı sərhəddən o tərəfdəki ölkəni – Azərbaycanı öz sıralarına qəbul etməkdə maraqlı olacaq. Bütün bunlar, yaxın gələcəkdə Cənubi Qafqazın yeni qarşıdurma müstəvisi ola biləcəyini göstərir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024